“Rusiya İrevana milyardliq silah vermekle…”

09:18 – xeber – Görünür, Rusiya son vaxtlar Ermənistana milyardlarla dollar dəyərə malik silahlar bağışlamaqla İrəvanı Bakının ayağına vermək istəmir.
 
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Deputat Rusiyanın açıq siyasət apardığını vurğulayıb:
 
“Azərbaycan Rusiyanın tərəfdaşı, Ermənistan isə tulasıdır. Görünür, Rusiya son vaxtlar yürütdüyü siyasətlə Ermənistanı bizim ayağımıza vermək istəmir. Moskva hazırda Azərbaycana silah satır, ancaq Ermənistanı da boş buraxmır. Bu, birbaşa Rusiyanın imperiya siyasətdir. Ona görə də buna təəccüblənməyə dəyməz. Rusiya tək Ermənistana deyil, İsrail, Misir və İordaniyaya da silah bağışlayıb. Düzdür, Rusiya ATƏT Minsk Qrupunun üzvüdür və Dağlıq Qarabağ məsələsində həlledici sözə malikdir. Ancaq ABŞ da Minsk Qrupunun üzvü kimi vaxtilə Misirlə İsraili barışdıran ölkə idi”.
 
Millət vəkili qeyd edib ki, Rusiyanın bu siyasəti özü üçün təhlikəlidir:
 
“Ermənistanın bu qədər sürətlə militarisləşdirilməsi Rusiyanın özü üçün də təhlükəlidir. Əslində, bunu çox yaxşı bilən Moskva məhz balans yaratmaqla öz siyasətini açıq şəkildə ortaya qoyur. Bu açıq siyasət isə Azərbaycan və Ermənistanı müharibədən yayındırmaq və hər iki tərəfi özünə yaxın saxlamaqdan ibarətdir”.
 
Qeyd edək ki, Ermənistan müstəqilliyinin 25 illiyi münasibətilə İrəvanda keçirdiyi paradda T-72 tanklarını, tank əleyhinə özüyeriyən qurğular,  “Qrad”, “Tayfun”, VM-80, “Smerç”, “Konkurs” reaktiv yaylım atəş sistemləri, “Toçka U”, “Skad” taktiki raket komplekslərini nümayiş etdirib.
 
S-125, Strela-10, “Buk”, S-300 zenit raket kompleksləri də parada çıxarılan texnikalar arasında olub.
 
Paradda “İsgəndər” raket komplekslərinin nümayişi isə diqqətdən yayınmayıb. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org