09:27 – xeber – Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması istiqamətində dialoq aparılması vacibdir.
Axar.az CNN-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Almaniya Federativ Respublikasının vitse-kansleri, İqtisadiyyat və Energetika naziri Qabriel Ziqmar çıxış edib.
Onun sözlərinə görə, sanksiyaların uzadılması tərəflərə ziyan vurmaqdan başqa bir şey deyil:
“Təcrübə göstərir ki, dialoq ən optimal çıxış yoludur. Təbii ki, son iş olaraq Minsk sazişinin öhdəliklərinin yerinə yetirilməsi olmalıdır. Amma tərəflər arasında dialoqun inkişafı vacibdir”.