Rusiya Ermenistanin hava mekanini tamamile ele kecirir

18:50 – xeber – Ermənistan parlamentinin profil komissiyası kollektiv təhlükəsizliyin Qafqaz regionunda vahid hava hücumundan müdafiə sisteminin yaradılamsı barədə sazişin təsdiqi üçün müsbət rəy verib.
 
Musavat.com erməni mətbuatına istinadən bildirir ki, Ermənistan qanunverici orqanının xarici əlaqələr komissiyası “Rusiya və Ermənistan arasında kollektiv təhlükəsizlik üzrə Qafqaz regionunda hava hücumundan vahid müdafiə sisteminin yaradılması haqqında” sazişin parlamentin gündəliyinə salınması barədə qərar qəbul edib.
 
Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryanın sözlərinə görə, sazişin məqsədi Qafqaz regionunda HHM sustemini təkmilləşdirməkdir.
 
Onun sözlərinə görə, HHM-in vahid sisteminə daxil olan qoşunlara ümumi rəhbərlik Rusiya Federasiyası tərəfindən həyata keçiriləcək. Erməni nazir müavini hava hücumundan müdafiənin ayrı-ayrı sistemlərinə Ermənistan ordusunun nəzarət edə biləcəyini söyləyib.
 
Bununla bərabər o, Ermənistanın hava hücumundan müdafiə sistemi ilə bağlı atacağı addımlara heç bir məhdudiyyət qoyulmadığını da bildirib.
 
"Biz qarşımıza qoyduğumuz hədəfləri icra edirik, heç kimin də bizi müdafiə edəcəyinə ümid etmirik. Düşünürəm ki bu sazişə bziim öz maraqlarımız prizmasından baxmaq lazımdır” deyə o qeyd edib.
 
Xatırladırıq ki, Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Seyran Ohanyan arasında imzalanan “Rusiya və Ermənistan arasında kollektiv təhlükəsizlik üzrə Qafqaz regionunda hava hücumundan vahid müdafiə sisteminin yaradılması haqqında” saziş 2015-ci-ilin dekabrında imzalanıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org