21:16 – xeber – Biz ən yeni təyyarə və vertolyotlarımızı Krımdakı Çauda poliqonunda sınaqdan çıxaracağıq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Hava Kosmik Qüvvələrinin komandanı general-polkovnik Viktor Bondarev söyləyib.
Qeyd edək ki, Krım 2014-cü ilin aprelində Rusiya tərəfindən anneksiya edilib. Məhz bundan sonra Qərb Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib.
Ukrayna rəsmiləri bundan öncə dəfələrlə Moskvanın Krımda nüvə silahı yerləşdirmək istədiyini bəyan ediblər.