Rusiya azarkeslerinin rehberi Fransadan qovulur

14:23 – xeber – Ümumrusiya Azarkeşlər Birliyi (ÜAB) bildirir ki, təşkilatın rəhbəri Aleksandr Şprıqinin futbol üzrə Avropa Çempionatına ev sahibliyi edən Fransadan xaric edilməsi barədə qərar qəbul edilib.
 
Təşkilatın saytında deyilir ki, Fransa hakimiyyəti Marsel şəhərində saxlanılmış 40 Rusiya azarkeşindən 20 nəfərin xaric edilməsini qərara alıb. Onların arasında Aleksandr Şprıqinin adı da var. Məlumata əsasən daha 20 nəfər azad ediləcək.
 
TASS agentliyinə danışan Aleksandr Şprıqin deyib ki, söhbət, qayıtmaq hüququndan məhrum edən deportasiya yox, məhz “xaric edilməkdən” gedir. Rusiyalıların vizaları ləğv olunmayacaq.
 
MarseL şəhəri 20 rusiyalının xaric edilməsinə 5 gün vaxt ayırıb. ÜAB rəhbəri qərara qarşı şikayət verəcəyini bildirir.
 
Rusiya azarkeşlərinin avtobusu Marseille-ə gedərkən Fransa polisi tərəfindən saxlanılıb. İyunun 14-də baş verən hadisə Rusiyanın qəzəbli reaksiyasına səbəb olub.
 
Ötən şənbə günü Marsel şəhərində Rusiya və İngiltərə azarkeşləri arasında baş vermiş davadanan sonra Fransa hakimiyyəti rusiyalı azarkeşlərə xüsusi diqqət yetirir.
 
Marseldəki davanın ardınca 20-dən artıq adam həbs edilmişdi. Onların arasında Rusiya vətəndaşı yox idi. Fransa prokurorluğu hesab edir ki, davada iştirak edən 150-dək rusiyalı azarkeş yaxşı təşkilatlandığı üçün hadisə yerini tərk edə bilib.
 
BBC

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org