16:32 – xeber – Rusiyanın Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev Ermənistana gələcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının mətbuat katibi Yevgeni Anoşin söyləyib. Onun sözlərinə görə, səfər iyun 7-də başlayıb, 8-nə qədər davam edəcək. O, Patruşevin İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuralarının liderlərinin görüşündə iştirak edəcəyini bildirib.
Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan daxildir.