Rusiya ABŞ-la elde edilmis sazisin metnini ictimailesdirdi

21:32 – xeber – Rusiya XİN-i rəsmi saytında ABŞ-la Suriyaya dair əldə olunmuş sazişin mətnini ictimailəşdirib və Vaşinqtondan ikitərəfli razılaşmaların tam mətnini dərc etməsini tələb edib.
 
APA-nın verdiyi xəbərə görə, XİN qeyd edib ki, Rusiya həmişə qarşı tərəfə əldə olunan hər bir sazişin ictimailəşdirilməsini təklif edib, lakin ABŞ hər dəfə buna qarşı çıxış edib.    
 
“ABŞ tərəfinin sağlam düşüncəli müxalifətçiləri “Əl Q1aidə”nin qolu olan “Cəbhə ən-Nüsrə” qruplaşmasından ayrılmasına dair üzərinə götürdüyü öhdəliyi ictimaiyyət qarşısında təsdiqləməkdən, həmçinin Rusiya ilə birlikdə atəşi dayandırmayan terrorçulara zərbələr endirməkdən boyun qaçırması diqqət cəlb edən əsas məqamlardan biridir”, – deyə məlumatda bildirilir.   
 
Rusiya XİN ABŞ-ın mötədil müxalifətin terrorçulardan ayrılmasına dair üzərinə götürdüyü öhdəlikləri icra edəcəyinə ümidvar olduğunu bildirib.  
 
Məlumatda həmçinin qeyd olunur ki, Vaşinqtonun “mötədil” hesab etdiyi silahlılar Cəbhə ən-Nüsrənin tərkibində döyüşür.   
 
“Bir daha təkrarlayırıq ki, terrorçulara əl tutma və onlara havadarlıq etmə heç vaxt xeyir gətirməyib”, – deyə XİN qeyd edib.   
 
Qeyd edək ki,  Rusiya və ABŞ arasında Suriyada atəşkəsin təmin olunması, həmçinin  ABŞ və Rusiya hərbçiləri arasında əməliyyatların əlaqəkəndirilməsinə dair saziş  sentyabrın 9-da əldə olunub. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org