10:13 – xeber – Rusiya hərbi komandanlığı Belarus və Ukrayna ilə sərhədində yeni böyük zərbə potensialına malik olan hərbi bazalar yerləşdirir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.
Mətbuat Moskvanın bu addımı NATO-ya qarşı atdığını bildirib. Artıq mayın 24-də Yekaterinburqdan Rusiyanın Bryansk vilayətinin Klints bölgəsinə xüsusi dəstələr göndərilib.
Qeyd edək ki, Klints həm Belarus, həm Ukrayna sərhədində yerləşir.