Rus qiricilari Britaniyaya yaxinlasdi – Gerginlik

14:03 – xeber – Rusiya bombardmançıları Britaniya hava sahəsinə yaxınlaşıb. Qərb hərbi dairələrində "Bləkcək” ləqəbi ilə tanınan “Tupolev 160” bombardmançıları Norveç istiqamətindən gələrək Britaniyanın Şetland adalarına yaxınlaşıblar.
 
Axar.az BBC-yə istinadən xəbər verir ki, hadisədən dərhal sonra Britaniya Kral Hava Qüvvələrinin iki “Tayfun” qırıcısı Şotlandiyadakı Lusimaus hərbi bazasından havaya qaldırılıb.
 
Britaniya Müdafiə Nazirliyi rus bombardmançılarının Krallığın hava məkanı yaxınlığından geri qaytarıldığını açıqlayıb.
 
Qeyd edək ki, ötən il ərzində Rusiya hərbi təyyarələri bir neçə dəfə Birləşmiş Krallığın hava məkanı yaxınlığında görünərək gərginlik yaradıb. Ötən ilin dekabrında Britaniyanın hərbi rəsmiləri Moskvadakı həmkarları ilə bu barədə müzakirələr aparsa da, insident təkrarlanmaqda davam edir.
 
Ötən ilin sentyabrında keçmiş Rusiya generallarından Yevgeni Bujinski “Teleqraf” nəşrinə açıqlamasında Rusiya uzaqmənzilli nüvə bombardmançılarının Britaniya sərhədi boyunca uçuşlarının casusluq xarakteri daşıdığını etiraf etmişdi.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org