Rus herbcileri BTR-le heyete soxuldu – Video

22:42 – xeber – Moskva ətrafında keçirilən anti-terror əməliyyatı pensiyaçının başında çatlayıb.
 
Publika.az xəbər verir ki, Arınova küçəsi boyu keçirilən əməliyyatın gedişatında hərbçilər BTR-lə pensiyaçının həyətinə giriblər. Şahidlərin sözlərinə görə, terrorçularla atışma gecə təxminən saat üçdə başlanıb.
 
Hasarı dağıdılan yaşlı qadın bildirib ki, nəvələri onlarda gecələməli idilər: “Amma valideynlər xoşbəxtlikdən fikrini dəyişdilər və uşaqları apardılar”.
 
“Ərim tualetə getmək üçün həyətə düşmüşdü. Həyətdə artıq silahlı hərbçilər var idi. Ərim qorxaraq əllərini qaldırdı. Onlar bizdə yad insanların olub-olmadığını soruşdular. Mən olmadığını bildirdim. Onlar bizə “Çəkilin. Evə gedin!” deyə qışqırırdılar. Mən küçədə gizlənməyə qərar verdim. Bu zaman hərbçilər və polis zirehli maşınla həyətə girdi. Qorxunc idi, güllələyirdilər. Mənə danışırdılar ki, şəhərdə belə hadisələr baş verir, amma mən buna inanmırdım. Krımda qardaşım yaşayır. Orada münaqişə başlayanda onu bizə köçməyə çağırırdım. Amma indi bizdə belədir”, – o deyib.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org