[r32]
– xeber –
Dağlıq Qarabağ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu KTMT Birləşmiş Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov söyləyib. Onun sözlərinə görə, Xankəndinə KTMT tərəfindən heç bir hərbi dəstək verilməyəcək:
“KTMT bütün razılaşmaları konkret olaraq Ermənistanla imzalayıb. İrəvan qarşısında müəyyən öhdəliyimiz var. Ermənistan vətəndaşları əmin olmalıdırlar ki, KTMT ehtiyac yaranacağı təqdirdə onları bəlada qoymayacaq”.