Rus deputat: “Eliyevin fikirleri ile raziyam”

16:04 – xeber – Qərb mediasında miqrantlarla bağlı aparılan təbliğat kampaniyası göstərir ki, Avropada radikal partiyaların təsiri artır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “Moskva-Baku” internet portalın müsahibəsi zamanı rusiyalı deputat Olqa Kazakov söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət öncə “İmamzadə” məscidinin açılışı zamanı Avropadakı miqrant böhranı ilə bağlı səsləndirdiyi fikirləri dəstəklədiyini bildirib:
 
“Mən iki il bundan öncə bu məsələ ilə bağlı Avropa Parlament Assambleyası Şurasında çıxış etmişəm. İndi mən Prezident Əliyevin sözlərini oxuyub, görürəm ki, onlar mənim çıxışımdakı tezislərlə üst-üstə düşür. Mən neonasistlərin hakimiyyətə gəlmə təhlükəsi barədə xəbərdarlıq etmişdim. Demişdim ki, sağ radikal partiyalar öz-özlüyündə neonasistlərdir. Bu, həmçinin faşizmin yaranması deməkdir. Hakimiyyətə bu cür ünsürlərin gəlməsi çox təhlükəlidir. Azərbaycan prezidenti də məhz bunu demək istəyir. Bu, Avropa üçün böyük təhlükədir. Lakin Avropa zamanında həmin təhlükəni görmədi. Biz bunu ona görə deyirik ki, Yer üzərində sülh olsun. Ətrafımızda bədbəxtliklərin baş verdiyi zamanda biz təcrid olunmuş vəziyyətdə yaşaya bilmərik. Sağ radikal partiyaların hakimiyyətə gəlməsi faşizm dövründəki parçalanma və fəlakətlərə qayıtmaq təhlükəsi yaradır. Xalqlar və müxtəlif mədəniyyətlər Azərbaycanda rahat şəkildə yaşaya bilərlər. Biz və Azərbaycan buna misaldır. Bu gün Avropa Birliyi miqrant böhranı yaşayır. Qərb liderlərinin özləri Yaxın Şərqdə bu cür situasiyanın yaranmasına səbəb olublar”.
 
Qeyd edək ki, İlham Əliyev bir müddət öncə Gəncədə “İmamzadə” məscidinin açılışı zamanı Avropadakı humanitar məsələlərə toxunub. O, Avropada radikal partiyalara dəstəyin artdığını və belə davam edəcəyi halda onların bu ölkələrdə hakimiyyətə gələcəyini bildirib. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org