Rus bolmesi Azerbaycan dilinden imtahan verdi

16:37 – xeber – İyunun 12-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunub.
 
Cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7 min 696 abituriyent iştirak edib, onlardan 6 min 476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.
 
Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçirilən “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilir.
 
Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar.
 
Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org