Rus bazasina hucumun sirri acildi: Çecenler nece oldurulub – Şok


[r32]
– xeber –
Çeçenistandakı Rusiya Milli Qvardiyasının hərbi bazasına hücumda iştirak edən şəxslərin qohumları həbs edilməyə başlanıb.
Axar.az "Novaya qazeta"ya istinadən xəbər verir ki, həbslər təkcə insidentin baş verdiyi Naur vilayətində yox, Çernokozova və Qroznıda da olub. Lakin hökumətyönlü qəzetlər öz etibarlı mənbələrinə istinadən yayılan məlumatları təkzib ediblər.
"Novaya qazeta" həmçinin hücumla bağlı bir sıra məqamlara da aydınlıq gətirib. Qəzet hücumun həqiqətən təhlükəli olması və bunun nəticəsində 6 hərbçinin ölməsinin böyük şübhə yaratdığını bildirib. Belə ki, hadisə yerində öldürülən çeçenlərin fotolarını əldə edən qəzet onların yalnız başlarına vurulan bir güllə ilə qətlə yetirildiyini bildirib. Fotoları məhkəmə tibbi ekspertlərinə, kriminalistlərə göstərən qəzet öz iddiasını təsdiqlədə bilib. Qəzet hücum edən çeçenlərin "Çin atəşi" ilə (qurbanın diz üstə oturduqdan sonra cəlladın başa atəş açması – red.) qətlə yetirildiyini vurğulayıb. Üstəlik qətlə yetirilən çeçenlərin bədənlərində bir dənə də olsun güllə yarası aşkar edilməyib.
"Digər maraqlı məqam isə hücum edən çeçenlərin odlu silahlara sahib olmamasıdır. Belə ki, bu şəxslər yalnız biçaqlarla silahlanıb. Bunu hətta Milli Qvardiyanın rəsmi sənədləri də sübut edir. O zaman ortaya sual çıxır: bəs hərbçiləri kim yaralayıb?"
Qeyd edək ki, martın 24-də Çeçenistanda Rusiyanın Milli Qvardiyasının bazasına hücum olub. Hücum zamanı Rusiya Milli Qvardiyasının 6 əsgəri həlak olub, 3 nəfər yaralanıb. Döyüş zamanı 6 "terrorçu" zərərsizləşdirilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org