Ruhulla Axundzadenin oğlu hebs olundu

28 Dekabr 2015 15:42 – xeber –
Qanunsuz silah saxlamaqda təqsirləndirilərək həbc olunan, Azərbaycan İslam partiyasının üzvü, Ruhulla Axundzadənin oğlu həbs edilib. Bu barədə Trend-ə Ruhulla Axundzadənin ailəsindən məlumat veriblər.
R.Axundzadənin oğlu Məhəmmədəli Axundzadə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində 3 ay müddətinə həbs – qəti imkan tədbiri seçilib. M.Axundzadə barəsində Cinayət Məcəlləsinin 134.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə cinayət işi başlanıb.
Xatırladaq ki, Azərbaycan İslam Partiyasının üzvü Ruhulla Axundzadə 2011-ci ildə saxlanılıb. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində onun həyətindəki saxlanc yerindən 4 ədəd AKM markalı avtomat, 1 ədəd "Naqan" tipli tapança, avtomat silahlar üçün nəzərdə tutulan və içərisində patronlar olan 3 ədəd sandıqça, 5 ədəd F-1, 4 ədəd RQD-5 tipli əl qumbarası, 10 ədəd UZRQM tipli alışdırıcı, 2 ədəd trotil şaşkası, 491 ədəd patron, 7 ədəd CD formatlı disk və digər predmetler aşkar edilərək götürülüb. Eyni zamanda, götürmə zamanı görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar 9 ədəd alışdırıcı və 1 ədəd RQD-5 tipli qumbara mütəxəssislər tərəfindən partladılıb.
Ruhulla Axundzadə barəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org