Ruhani İrevana isti tekliflerle gedir

09:09 – xeber – Çox güman ki, İran Prezidenti Həsən Ruhani Ermənistana əməkdaşlıq təklifi ilə gedir.
 
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, regionda ciddi hadisələrin baş verdiyi belə bir önəmli zamanda Ruhaninin Ermənistana səfəri diqqətdən yayına bilməz:
 
“Bildiyiniz kimi, bir müddət öncə Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən mühüm görüşlər bir sıra önəmli sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə yadda qaldı. Əlbəttə, bu, Ermənistanı narahat etməyə bilməzdi. Düzdür, Azərbaycanın İranla əlaqələri var və hazırda da münasibətlər normaldır, ancaq Tehran hər zaman İrəvana yaxınlığı ilə seçilib. Ruhani də çox güman ki, Ermənistana isti əməkdaşlıq təklifi ilə gedir. Hazırda Ermənistan iqtisadiyyatı və enerjisi bilavasitə İran tərəfindən təmin olunur. Hətta bu yaxınlarda İran parlamentinin deputatı bildirib ki, onlar ermənilərlə bir millət, iki dövlətdirlər. İsti münasibətlər də məhz bu motivdən irəli gəlir”.
 
Millət vəkili İran tərəfindən Ermənistana iqtisadi və enerji sahəsində konkret ciddi dəstəyin davam edəcəyini vurğulayıb:
 
“Bir müddət öncə İranda erməni oyunlarının həyata keçirilməsi, Azərbaycanın işğal altında olan ərazilərindən ermənilərin orada öz bayraqları ilə iştirakına şərait yaradılması bir çox mətləblərdən xəbər verir. Ona görə də bu fonda İran prezidentinin Ermənistana gözlənilən səfəri əslində təəccüb doğurmamalıdır. İran Ermənistanı dəstəkləyən əsas ölkədir”.
 
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin yaxın zamanlarda Ermənistana səfəri gözlənilir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org