"Royadan menim basqa bir nevem de olsun""

14 İyun 2016 15:48 – xeber –
Bu gün əməkdar artist, müğənni Röya Ayxanın doğum günüdür. 
Olkem.az xeber verir ki, bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli aznews.az vasitəsi ilə hazırda Azərbaycandan kənarda olan Röyanı təbrik edib: "Bu da bir tale, bu da bir qismətdir ki, Röya ilə yolumuz kəsişib. Xasiyyətinə görə ilk gündən isinişdik. Röya çox düzgün adamdı. Onda kişi xarakteri daha çoxdur. Röyanın mərdliyi, sözünün üstündə durması, ən əsası isə gözəl ifası, ürəyi, musiqini dərk edib yaşaması onun ən üstün cəhətləridir. Müğənnilər var ki, səsi ilə ağılı üst-üstə düşmür. Bu zaman da haradasa yaradıcılıqda axsaqlıq olur. Röyada isə səslə ağıl üst-üstə düşür; bu, bəstəkar üçün böyük tapıntıdır. Mən onunla fəxr edirəm, inanıram ki, o, bir neçə ildən sonra xalqa lazım olacaq. Bir balasının xeyrini görsün, gələcəkdə yaradıcılığı bəhrəli olduğu kimi də Allah ona bir qız övladı versin. Röyadan mənim başqa bir nəvəm də olsun". 
N.Mirməmmədli Röyanı sevməyənlərə mesaj ünvanlanmağı da unutmayıb: "Ona mane ola biləcək insanlara səslənirəm: Röyanın ətrafından əskilin. Elə insanlar var ki, Röyanın yaradıcılığında yüksəliş görəndə qısqanır. Mən istərdim ki, Röya ilə düzgün rəqabət aparsınlar. Mən Röyanın şəxsi bəstəkarıyamsa, onlar da özlərinə şəxsi bəstəkar tapsınlar. Mən Röyanın yanındayam. Röya ilə rəqabət aparan müğənni ilə işləmək fikrim yoxdur, olmayacaq da. Əksinə, mən onun rəqiblərinin bəstəkarları ilə rəqabət aparmaq fikrindəyəm. Bu gün səhnə Röyanındır". 
Bəstəkar Röyaya ad günü münasibəti ilə böyük bir hədiyyə edəcəyini söyləyib: "Bu ad günündə də onun üçün qaymaq mahnı bəstələdim. Bakıya gələn kimi təqdim edəcəm".

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org