Roya kecmis heyat yoldasi haqda: "Bu nagil bitmeyib"

19 Fevral 2016 11:40 – xeber –
Əməkdar artist Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovdan danışıb. 
Olkem.az axşam.az-a istinadən bildirir ki, müğənni "5-ci element" verilişində "Niyə bu nağıl tez bitdi?" sualına belə cavab verib:
"Bu yazıdır, həyatdır. Həyatımdakı ən gözəl addımdır. Bu nağıl mənim üçün bitməyib. Onun baş qəhrəmanı oğlumdur. Buna görə də heç vaxt bitə bilməz. Hüseyn çox ağıllıdır. Çox yaxşı ki, onu elə bir insandan dünyaya gətirmişəm".
R.Ayxan A.Cəlilovla münasibətlərindən də bəhs edib: 
"Biz danışmırıq. Amma qətiyyən dalaşmamışıq. Bizim evdə Hüseyn bir dəfə yüksək səs eşitmədi. İndiyə kimi də elə bilir ki, danışmırıq, barışacağıq. Uşaq nəyin baş verdiyini anlaya bilmir. Necə bir-birimizə hörmətlə sevgi var idi, o indi də qalıb. Düşünürəm ki, onda da bu hörmət qalıb. Ömür boyu da qalacaq. O çox gözəl insan idi. Mən çox gözəl ailədən uşağımı dünyaya gətirmişəm".
R.Ayxan məmurlardan da danışıb. O, heç kimdən nəsə xahiş etmədiyini bildirib:
"Yeganə insanam ki, məmurlar məni görəndə özləri qışqırıb adımı çağırırlar. Dönüb deyirəm ki, "Sizi gördüm, utandım salam verməyə". Cavab verirlər ki, "Biz amma səni görəndə sevinirik. Bilirik ki, heç nə xahiş etməyəcəksən". Bütün işimi özüm həll edən adamam. Heç kimdən nəsə xahiş etmərəm".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org