Roya ile Husniyye "atisdilar": "İllerdir eynisen"

19 Fevral 2016 10:40 – xeber –
Əməkdar artist Röya Ayxanla aparıcı Hüsniyyə Məhərrəmova arasında qalmaqal yaşanıb. 
Olkem.az axşam.az-a istinadən bildirir ki, aparıcının "5-ci element" verilişində qonaq olan müğənniyə ünvanladığı suallar qarşı tərəfi özündən çıxarıb:
"Röya Sami Naseri ilə klipə çəkiləndə dedik, dəyişiklik olacaq. Amma klip Avropa stilində olsa da, mahnı yenə də Röyanın oxuduğu türk üslubunda idi. İllərdir eyni üslubda oxuyursunuz. Mahnı dəyişir, üslub yox. İstəyirəm ki, Mark Ronsonun Bruno Marsa yazdığı mahnılar kimi bəstələr oxuyasınız. Siz oraya çıxa bilərsiniz. Siz etdiyinizdən artığını edə bilərsiniz". 
R.Ayxan Hüsniyyənin bu sözlərinə etiraz edib:
"Nailə Mirməmmədli klassikadır, səhv salma. Mənim oraya qalxmağım üçün birinci siz ora çıxmalısınız. Mən oraya çıxsam, Azərbaycandakı bütün sevənlərimi itirəcəm. Bir sənin fikrinlə oraya çıxmaram. Azərbaycanda beş-altı bəstəkar var. Getsin başqası oraya çıxsın. Niyə Röya? Sevənlərim məni onsuz sevirlər". 
H.Məhərrəmovanın "Niyə onda fransız aktyorunu klipinizə çəkirdiniz?" sualına müğənni belə cavab verib:
"Çünki o da müsəlmandır. Hüsniyyənin öz stili var. Amma kimsə onu sevir? Kamiləni (aparıcı Kamilə Babayevanı göstərir) ondan çox sevirlər, daha cəlbedici və şirindir. Aparıcı olandan eyni saçdasan, eyni geyimdəsən. Gözümüzü açandan səni belə görürük. Sən də dəyiş, mən səni başqa cür görüm. İki ay efirdə olursan, sonra getdin, dayandın. Hüsniyyənin dediyi ritmlərdə sözü heç vaxt dinləyiciyə çatdıra bilmərəm".
Aparıcı Röyanın bu sözlərindən incimədiyini vurğulayıb:
"Röya laqeyd münasibət göstərsəydi, görərdim, vecinə deyil. Amma həssaslıq göstərdi. Mən də onun yaralı yerinə toxunduğumu gördüm. Mənim qədər fərqli janrda veriliş aparan olmayıb. Veriliş aparmayacaqdım, Ranara (aparıcı Ranar Musayev – red.) görə yenidən qayıtdım. Yaxşı edirəm, ürəyimdən necə gəlir, elə də davranıram. Ranar kimi hamını malalamayacam ki".

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org