31 May 2016 11:31 – xeber –
Əməkdar artist Röya Ayxan dostu, "Bozbash pictures"in Fəlakəti – Elşən Orucovdan küsüb.
Olkem.az axşam.az-a istinadən bildirir ki, müğənni: "Elşənlə danışmırdım. Dedim ki, konsertimdə olmasan, səni səhnədən qovacam", – deyə bildirib.
E.Orucov əməkdaşımızla söhbətində R.Ayxanın ondan inciməsinə cavab verib:
"Röyanın məndən küsməsindən xəbərim olmayıb. Hərdən dostlar arasında xırda incikliklər olur. Çoxdandır görüşə bilmirdik. Xahiş edirəm, gələn dəfə küsəndə gəlib özümə desin".
Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Olkem.az Şou Facebook səhifəmizə üzv olun.