Ronaldo: "İngiltereye qayitmaq isteyirem"


[r32]
– xeber –
Vergidən yayınmaqda günahlandırılan ulduz futbolçu Kriştianu Ronaldo İspaniya Prokurorluğunun araşdırmalarından təngə gəlib.
APA xəbər verir ki, Madrid "Real"ının üzvü bu səbəbdən İngiltərəyə qayıtmağa qarşı deyil.
Məhkəmədə ifadə verən Ronaldo emosional şəkildə danışıb. Portuqaliyalı futbolçu İngiltərədə heç vaxt bu cür problemlə üzləşmədiyini bildirib: “Mançester Yunayted”ə keçəndə 18 yaşım var idi. Yadımdadı, kluba gələn kimi, mənə vergi məsələsi ilə bağlı bütün incəlikləri izah etdilər. İngiltərədə heç vaxt bu cür problem yaşamadım. Buna görə də, oraya qayıtmaq istəyirəm”.
32 yaşlı hücumçu vergi məsələsinə həmişə məsuliyyətli yanaşdığını qeyd edib: ”İspaniyada dedilər ki, problemlə üzləşməmək üçün bir qədər də artıq vergi ödəmək lazımdı. Mən də müntəzəm olaraq, vergi ödəmişəm. Həmişə belə olub, bundan sonra da belə olacaq. Gəlirlərimi gizlətmək mümkün deyil, nə qədər qazandığımı hamınız yaxşı bilirsiniz. Çünki “Forbes” jurnalı bununla bağlı tez-tez məlumat yayır”.
Qeyd edək ki, Ronaldonun 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergini ödəməkdən yayındığı bildirilir. Prokurorluğun ərizəsində qeyd edilir ki, Kriştianu 2010-cu ildə yaratdığı biznes strukturunu real gəlirlərini gizlətmək məqsədilə istifadə edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org