Roman Qrojan: "Baki trasi basqa traslara benzemir"

– xeber – Fransalı pilot Roman Qrojan jurnalistlərə müsahibəsində iyunun 17-dən 19-dək Azərbaycanın paytaxtında keçiriləcək Formula-1 Avropa Qran-prisinə hazırlaşmasından danışıb.

Axar.az AzərTac-a istinadən həmin müsahibəni təqdim edir:

 

-Əvvəllər heç vaxt olmadığınız trasda yürüşə necə hazırlaşırsınız?

 

-Biz simulyatorda işləyirik. Başqa heç nə edə bilmərik.

 

-Simulyator real maşında hiss etdiklərinizə nə dərəcədə oxşayır?

 

-Simulyatorları daim təkmilləşdirsələr də, hər halda yürüş maşını deyil.

 

-Simulyatordan yalnız trasın konfiqurasiyasını və tormoz nöqtələrini öyrənmək üçün istifadə olunur, yoxsa daha çox şey öyrənmək olar?

 

-Çox şey öyrənmək olar. Siz simulyatorda xeyli iş görə bilərsiniz, bu da çox yaxşıdır. Amma trasdakı maşını heç nə əvəzləyə bilməz. Simulyatorda hansı istiqamətdə hərəkət edəcəyini başa düşmək üçün müxtəlif variantları sınamaq imkanı var, burada yenilikləri maşına tətbiq etməmişdən qabaq sınaqdan keçirmək olar.

 

-“Haas F1” ötənilki Qran-prilərdən sonra barəsində məlumat olmayan yeni komandadır, amma Bakıda heç kəsdə belə məlumat yoxdur, yəni bu dəfə şərtlər daha bərabərdir…

 

-Bir tərəfdən bəli, digər tərəfdən yox. Komandanın təcrübəsi çox olduqca o, yeni traslara daha çevik hazırlaşa bilir. Eyni zamanda Bakıdan nə gözləyəcəyini heç kəs bilmir. Bu da bizə əl verir.

 

-Bakı trası Formula-1-də ən sürətli şəhər trası olmalıdır. Özü də şəhərin tarixi hissəsindən keçir. Onu nə ilə müqayisə etmək olar?

 

-Əlbəttə, bu tras adət etdiyimiz traslardan fərqlənir. Baxaq görək, bütün bunlar reallıqda necə görünəcək.

 

-Bu trası yalnız simulyatorda görməyinizə baxmayaraq, sizin bu trasda əyani görməyi çox istədiyiniz sevimli yeriniz və ya məntəqəniz varmı?

 

-Düşünürəm ki, bu, şəhərin qala yaxınlığındakı qədim hissəsidir.

 

-Bakı trasını təsvir edin…

 

-Orada çox uzun düz yollar və çoxlu 90 dərəcəli asta döngələr var. Qala tərəfdə çox ciddi yoxuş, sonra sonuncu döngəyə doğru eniş var. Bu da çox maraqlıdır.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org