01:23 – xeber – Dünya şöhrətli ifaçı Riki Martin suriyalı uşaqları ziyarət etmək üçün Livana gedib.
Axar.az BBC-yə istinadən xəbər verir ki, UNİCEF elçisi qaçqın sığınacağındakı uşaqlarla futbol oynayıb, onlar üçün məşhur “Maria” mahnısını ifa edib.
Ulduz səfərindən danışarkən 11 yaşlı suriyalı qız uşağının onu çox təsirləndirdiyini də dilə gətirib.