Resmi Baki 195 olkeye devetname gonderdi

21:21 – xeber – Azərbaycan Xarici İşlər nazirinin müavini Nadir Hüseynov BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü Nihad Saadın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
 
Axar.az Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri və XİN-in səlahiyyətlərinə aid olan yüksək səviyyəli xarici nümayəndə heyətlərinin protokol təminatı, xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası, tədbirlə bağlı humanitar və sosial məsələlər, eyni zamanda viza rəsmiləşdirilməsi məsələləri müzakirə edilib.
 
Forumda iştirak etmək üçün 195 ölkə və 26 beynəlxalq təşkilata dəvətnamələrin göndərildiyi bildirilib.
 
Nazir müavini Forumun keçirilməsi ilə bağlı XİN-in daxilində işçi qrupunun fəaliyyət göstərdiyi və Forumun yüksək səviyyədə keçirilməsini təmin etmək üçün zəruri tədbirlərin vaxt cədvəlinə uyğun olaraq, operativ şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Ölkəmizin diplomatik nümayəndəlik və konsulluqlarının da bu işə yaxından cəlb edildiyini və əlaqələndirilmiş şəkildə hazırlıq işlərinin aparıldığını bildirib. O, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı bəyannaməsinin layihəsinin hazırlanaraq artıq üzv dövlətlərin müzakirəsinə təqdim olunduğunu da qeyd edib.
 
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü Nihad Saad 7-ci Qlobal Forumun keçirilməsi ilə əlaqədar görülən hazırlıq işlərindən məmnunluğunu ifadə edib və əvvəlki tədbirlərin təşkili haqqında məlumat verərək bir sıra sahələr üzrə təcrübəsini bölüşüb.
 
Görüşdə BMT tərəfini maraqlandıran suallar cavablandırılıb və artıq görülmüş işlər barədə ətraflı məlumat verilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org