Reqsane: "Yalvariram ki, aldigini geri qaytarsin"

23 Fevral 2016 14:31 – xeber –
Səs-küylü, çılğın Rəqsanə özünə qapandı. O, 4 aya yaxındır ki, sənətdən də uzaqlaşdı.
Olkem.az primetime.az-a istinadən bildirir ki, səbəbləri özündə gizli saxlayan tanınmış estrada müğənnisi sükutunu müsahibəsi ilə pozdu.
– Rəqsanə, aylardır hər şeydən uzaqlaşmısınız. Bunun səbəbini gizli saxladığınız üçün hər gün haqqınızda bir iddia irəli sürülür.
– Bəli, hər kəsdən uzaqlaşmışam, heç yerdə görünmürəm. Məni sevən insanlardan hər gün saysız-hesabsız mesajlar alıram. Onların intizarına son qoymaq üçün qələminə etibar etdiyim jurnalistlərə açıqlama vermək qərarına gəldim. Həyatımda ağır itki yaşandı, doğmamı itirdim. Fevralın 8-dən demək olar ki, dərin depressiya ilə mübarizə aparıram. Toparlana bilmirəm… Nə yerdəyəm, nə göydə. Özüm-özümü heç anlamaqda çətinlik çəkirəm. Ağlıma gətirmədiyim bir dərd gəlib məni tapdı. Bu itki, demək olar ki, Rəqsanəni alt-üst edib. Hazırda evə qapanmış vəziyyətdə yaşayıram. Evdən bayıra addım atmağa həvəsim, gücüm qalmayıb. Əsla ağlıma gətirə bilməzdim ki, gücüm tükənə bilər. Hazırda tükəndiyimi hiss edirəm.
– Ağır günlərdə, yəqin ki, ən böyük dəstəyi ailənizdən aldınız. Təsəllilər bu qədərmi yetərsizdir?
– Sağ olsunlar ətrafımda olan insanlar, məni tək qoymurlar. Bu vəziyyətimə görə ailə üzvlərim də məndən inciyiblər. Anam, bacım və yoldaşım deyirlər ki, özünü ələ al, həyat davam edir.
– Yaşanan itkiləri bəzən gözlə, nəfslə əlaqələndirirlər. Yaşadığınız bu acının cadu, göz, pis nəfslə bağlantısı ola bilərmi?
– Mən göz-nəzərə fikir verən insan deyiləm. Allahıma bağlı insanam. Doğmamı itirdiyim üçün özümdən asılı olmayaraq, sanki üsyan etdiyimi hiss edirəm. Düzdür, hər şey Allahın əlindədir, verən də odur, alan da. Bütün bunları anlasam da itki ilə barışa bilmirəm. Dostlarım, yaxınlarıma da təşəkkür edirəm, əllərindən gələni edirlər ki, yaxşı olum. Bu təsəllilər mənim içimdəki boşluğu doldurmağa yetmir. Deməyə nə var ki, itkini yaşamayan insan bunu anlamaz. Məni yandıran odur ki, heç kimə pislik edən insan deyiləm. Düşmənimə belə dərd-bəla arzu etmərəm. Nə bilim… Bəlkə də qismətim belə imiş. Yenə də Allahıma sığınıram.
– Depressiyada olmağınız, yəqin ki, ən çox həyat yoldaşınıza təsir edir…
– Yoldaşım mənim gözümdən bir damla yaşın axmasına razı deyil. Mənə çox bağlıdır, hədsiz dəyər verir. Bizim aramızda qarşılıqlı hörmət var. O da deyir ki, ayağa qalx. İstəyirsənsə, ölkə xaricinə istirahətə gedək, yetər ki, əvvəlki kimi güclü qadın ol. Ömrünün son gününə qədər yanımda olacağını deyir.
– Depressiyadan çıxış yollarından biri də dörd əllə işə qayıtmaqdır. Rəqsanə sənətə, səhnəyə nə vaxt qayıtmağı düşünür?
– Tanıyanlar bilirlər ki, necə çılğın, həyatsevər insanam, bir yerdə dayanan deyiləm. Birdən-birə 4 ay hər şeydən uzaqlaşmağım mənim özümə də pis təsir etdi… Söz verirəm ki, bir müddət sonra qayıdacam. Yeni mahnılar aylardır məni gözləyir. İnanırsan, özümdə güc tapa bilmirəm ki, studiyaya gedib, o mahnıları ifa edim. Günüm dua etməklə keçir. Nə pul, nə var-dövlət, ev, maşın – heç nə gözümdə deyil. Allahdan ancaq məndən aldığı gücü geri istəyirəm. Bu gücü Allah məndən aldı, yalvarıram ki, aldığını geri qaytarsın.
– Depressiyadan çıxmaq üçün psixoloqa müraciət etmisiniz?
– Balalarımı düşünürəm. Bilirəm ki, onlara görə ayağa qalxmalıyam. Çətin də olsa, bunu övladlarım üçün etməliyəm. Depressiyadan çıxmaq üçün psixoloqa ehtiyacım olduğunu anladığım üçün peşəkara müraciət etdim. Əslində ehtiyacı olan hər bir insan psixoloqun yardımından istifadə etməlidir. Hazırda işinin peşəkarı olan psixoloq xanımdan dəstək alıram. Günaşırı onun seanslarında iştirak edirəm. Ümid edirəm ki, göydə Allahın, yerdə həkimimin sayəsində bu ağır günləri arxada qoyacağam…

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org