Reqs et, cempion – Video

12:03 – xeber – 1974-cü il oktyabrın 30-da Zairdə Məhəmməd Əli ilə Corc Formanın tarixi döyüşü baş tutur.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, həmin vaxta qədər 44 qarşılaşmanın 40-nı nokautla qazanan Forman 7-ci raunda qədər Əliyə bir çox zərbələr endirir. Lakin 8-ci raundda Məhəmməd Əlinin məşqçisi Bundini ona aşağıdakı tarixi sözləri deyir və bununla da Əli rəqibini nokauta salaraq qalib gəlir.
 
Məşqçisinin Məhəmməd Əliyə dediyi sözləri təqdim edirik:
 
“Rəqs et, çempion, kimsəsiz uşaqlar üçün rəqs et. Uşaqların naminə vur yumruqlarını. Kirayə haqlarını ödəyə bilməyən işsizlər üçün rəqs et. Bu alçağın işini bitir.
 
Şərab evlərindəki sərxoşlar üçün rəqs et, çempion, xərçəngdən ölən yoxsul xəstələr üçün, səfil məhkumlar üçün, hər kəsin tərk etdiyi narkomanlar üçün, ərləri olmayan gənc hamilə qızlar üçün…
 
Rəqs et, çempion, onlar üçün döyüş!
 
Bu alçağın işini bitir, çənəsini qır. Fiziki qüsurlular üçün, maaşlarını ala bilməyən yaşlılar üçün, küçədə müştəri gözləyən yaşlı və yorğun fahişələr üçün…
 
Təmizlik işçiləri üçün vur yumruqlarını: hava limanlarında, dayanacaqlarda, yanacaqdoldurma məntəqələrində yer süpürən insanlar üçün. Onlar üçün döyüş, çempion. Otellərdə tualetləri təmizləyən azyaşlı qızlara görə dərsini ver bu axmağın!
 
Səni xilas edənlər senator, qubernator, prezident deyildi. Səni küçədəki insanlar xilas etdi. İndi sən də küçələr üçün savaş!
 
Bu rinq ikiniz üçün çox balacadır. Bitir onun işini, sifətini parça-parça et. Kasıblar üçün, çempion, kasıblar üçün!
 
Haydı, oğlum, vur yumruqlarını. Məhəmməd Əlini heç kim məğlub edə bilməz. Heç kim! Sadəcə, Kasius Kley məğlub edə bilər, amma o da indi burada deyil.
 
Rəqs et, çempion, haydı rəqs et!
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org