Reqqase Renka "Papito" reqsinde reqib tanimir (FOTO)

30 Mart 2017 15:04 – xeber –
"Oyan Azərbaycan" verilişinin iş axtaranlara dəstək layihəsi özünü doğruldur.
Səhər proqramının kollektivi bayram həftəsi olmağına baxmayaraq tamaşaçılarını gözü yolda qoymayıb. Hər dəfə veriliş başlar-başlamaz tamaşaçılara "Möhkəm ol!" şüarı ilə səslənən aprıcı Firuzə Cəlilova bayram süfrəsindən bolluca yeyənləri idman etməyə çağırıb. Sənəti ilə seçilən "Peşəkar"lara da verilişdə hər həftə yer ayrılır. Onların işinin incəlikləri haqqında izləyicilərə ətraflı məlumatlar verilir.
Son bir neçə həftədir start verilən və böyük rəğbətlə qarşılanan "İşverən" rubrikası iş axtaranlara, sözün əsl mənasında, kömək əlini uzadır. "9246" qısa nömrəsinə "işverən" sözünü yazıb göndərən hər kəslə əlaqə saxlanılır və axtardığı işə uyğun istiqamət verilir. Televiziyanın vasitəçiliyi ilə qısa müddət ərzində onlarla insan işlə təmin olunub.
Bununla yanaşı hüquqları pozulanlar "Haqqım var", sosial problemlərlə bağlı SOS siqnalı səsləndirmək istəyənlər "SOSium", müxtəlif ailə-məişət problemləri ilə qarşılaşan qadınlar "Qadın nə istəyir?!" və özünü verilişin digər rubrikalarında görmək istəyənlər "9246" qısa nömrəsinə müvafiq rubrikanın adını sms-lə göndərə bilərlər.
Firanın qonaqlarına gəlincə isə məşhur rəqqasə Rəna Ağamuradova (Renka – Black Angel) və sevilən reper Nadir Nağd Pul tezdən oyananlara pozitiv səhər bəxş edib.
Verilişin bazar səhəri efirə yayımlanan buraxılışında isə xalq artisti Mənsum İbrahimov və onu müşayiət edən musiqiçilər-əməkdar artistlər Elçin Haşımov və Elnur Əhmədov qonaq olublar. Proqram canlı ifalar və səmimi söhbətlə yadda qalıb.
Verilişin 3-cü saatının qonağı ilə isə xüsusi mövzu müzakirə olunub. Belə ki, "Zəfəran Hospital"ın nevropatoloqu Səfər Rzayev son illər insanları daha çox narahat edən "miqren" xəstəliyi haqqında sualları cavablandırıb.

Fərqli və özünəməxsus ifaları ilə seçilən Sevda Ələkbərzadə isə Azər Bəylə "Uğur düsturu"nun qonağı olub. İfaçı karyerası haqqında heç yerdə açıqlamadığı nüanslardan bəhs edib. Sonda isə Sevda Ələkbərzadə və Azər Bəy bir yerdə duet ifa ediblər.
Veriliş bu həftə də ənənəsini pozmayaraq biri-birindən maraqlı rubrikalarına yer ayırıb. Ümumiyyətlə, səhər proqramı hər həftə müxtəlif mövzularda hazırlanan və gündəmi əks etdirən 20-dən çox reportaj və videomaterialları tamaşaçılarına təqdim edir. Verilişin içində yer alan digər rubrikalar ("İş verən", "Haqqım var", "Balalar bilirmi?!", "Sərhədsiz", "Xərci var", "Bilirsinizmi", "Qadın nə istəyir?!", "Biş-düş", "Kəndçi", "Möhkəm ol", "Özünü sına", "Meqapolis", "Dostum", "Düzələr", "Ulduzlu uşaq", "Uğur düsturu" və s.) da xüsusi mövzuları və yanaşmaları ilə seçilir.
Hər buraxılışda gündəmi əks etdirən mövzular həm ekspertlərlə, həm də tamaşaçılarla müzakirə olunur.
Trend.az, Day.az, Milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru Sərvər Abdullayevdir. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8:00-11:00 radələrində efirə çıxır.

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org