Reisin arvadi deleduz cixdi: er qovuldu, qayin qacdi

16:22 – xeber – Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın məhkəməsi davam etdirilib.

APA-nın məlumatına görə, iclasda zərərçəkmiş Ceyhun Tağıyev ifadə verib. O, həyat yoldaşını işə düzəltmək üçün L. Əkbərovaya 9 min manat pul verdiyini deyib. Zərərçəkmiş Leyla Cəfərova və Aynur Cəfərova özlərinə pensiya təyin etdirmək məqsədilə ona pul verdiklərini deyiblər. Zaur Elmanov isə bildirib ki, internat evinə işə düzəlmək üçün Leyla Əkbərova ilə 15 min manat verib.

L. Əkbərova zərərçəkənlərin hamısının yalan danışdığını iddia edib. O, Z. Elmanovdan 11 min manat aldığını və sonra qaytardığını deyib.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşı L. Əkbərova özünü internat evinin müdiri kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilir. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.

Məlumata görə, 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.
 
Adı dələduzluqda hallanan polis rəisi Mahir Əkbərov polis orqanlarından xaric edilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org