4 İyun 2016 14:23 – xeber –
Müğənni Rəhim Rəhimli sosial şəbəkədən uzaq olmasının səbəblərini açıqlayıb.
Olkem.az publika.az-a istinadən xəbər verir ki, müğənni bəzi insanların aqressiv davranışından şok olduğunu deyib: "Sosial şəbəkələrdə az-az görünməyimin səbəbi var. İnsanların aqressiv davranışını görəndə şok oluram. Mədəniyyət mənim aləmimdə birinci olmalıdır. Çalışıram hər kəslə mədəni davranım. Ancaq sosial şəbəkələrdə elə təhqirlər yazırlar, məəttəl qalıram. Hansısa əcnəbi müğənni konsertində maykasını çıxaranda normal baxırlar, amma bizimkilər adi bir şou göstərəndə təhqir edirlər. Niyə, mənimlə nə düşmənçiliyin var?"
Müğənni hər kəsi mehriban və mədəni olmağa səsləyib.
Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Olkem.az Şou Facebook səhifəmizə üzv olun.