Referendumu xalqin iradesine buraxmisiq – Eli Hesenov

11:11 – xeber – Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səs verdiyi seçki məntəqəsində jurnalistlərin suallarına cavab verib.
 
Musavat.com xəbər verir ki, o, ilk olaraq Venesiya Komissiyasının rəyi ilə bağlı danışıb:
 
"Venesiya Komissiyasının tələm-tələsik rəyi ilə bağlı Azərbaycan hakimiyyəti artıq münasibətini bildirib. Bu, sifarişli “ekespert rəyi” idi. Bir qayda olaraq Venesiya Komissiyasının bu tipli qanun layihələri, təşəbbüslərə, ölkələrin qanunvericilik aktlarına qiymət verməsi üçün aylar lazımdır. Azərbaycan Avropa Şurasına üzv olandan Venesiya Komissiyası ilə çox səmərəli əməkdaşlığımız var idi. Bu gün də səmərəli əməkdaşlıq davam edir. Venesiya Komissiyası bizə bu layihənin ekspertiza üçün onlara göndərilməsi üçün müraciət etsəydi, onu göndərəcəkdik. Ancaq müraciət etmədən, bu məsələ ilə bağlı ciddi maraqlanmadan, hər hansı sifarişlə rəyini açıqladı və biz də buna müvafiq qiymətimizi verdik.
 
Onun sözlərinə görə, referendum təşəbbüsü Azərbaycan qanunvericiliyə uyğun şəkildə həyata keçirilib: "Bu təşəbbüs ölkə prezidentindən gəlib, Konstitusiya Məhkəməsi tərəfindən onun konstitusiyaya uyğunluğu təsdiq olunub. Müvafiq olaraq indi Azərbaycan xalqının səsverməsinə çıxarılıb, xalqın iradəsi bizim üçün bütün daxili və xarici ekspert rəylərindən, xarici əlaqələrimizdən, daxili siyasətimizin hamısından üstdə durur. Azərbaycan xalqının iradəsi dövlətin həm siyasətini , həm də müvafiq hakimiyyət strukturlarını formalaşdırır. Biz Venesiya Komissiyası, Avropa Şurası, Avropa Birliyi və digər hökumətlərarası beynəlxalq qurumlarla ona görə əməkdaşlıq edirik ki, Azərbaycan xalqının iradəsini daha dolğun təmin edək, beynəlxalq aləmdə Azərbaycan xalqının maraqlarını ifadə edək, Azərbaycan dövlətinin maraqlarını dünya dövlətlərinin maraqları ilə uzlaşdıraq və dövlətimizi sivil dünya siyasətində təmin edək.
 
Azərbaycana sifarişlə yanaşan  "Beynəlxalq hüquq müdafiə təşkilatları" və bəzi “QHT”lərlə Azərbaycan dövləti  yalnız Azərbaycan xalqının maraqları üçün xalqın  iradəsi çərçivəsində əməkdaşlıq edir. Bu anlamda referendum aktını da Azərbaycan xalqının iradəsinə buraxmışıq. Azərbaycan xalqı referenduma “hə” deyəcəksə, deməli, ölkə prezidentinin təşəbbüsü həyata keçəcək, “yox” deyəcəksə, deməli, bu təşəbbüs dəstəklənməyən təşəbbüs kimi tarixin arxivində qalacaq”.
 
Əli Həsənov bildirib ki, 2016-cı il ölkədə prezident tərəfindən islahatlar ili elan edilib:
 
"İslahatlar artıq başlayıb. Azərbaycan post neft dövrünə əlbəttə hazırlaşırdı, ancaq belə tez bir zamanda post neft dövrünün gələcəyini gözləmirdik. Buna müvafiq olaraq da dərhal operativ çevik islahatlar keçirilməsi prezindet tərəfindən irəli sürüldü. Hazırda həmin islahatlar paketi qəbul olunub, islahat qatarı dəmir yoluna buraxılıb. Bu işdə ölkənin bütün, həm inzibati,  həm iqtisadi,  həm insan resursları səfərbər edilməkdədir. Odur ki, referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda post neft dövründə çevik iqtisadi islahatların keçirilməsi effektli idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki mexanizmlərin aradan qaldırılmasıdır.
 
Referendum bir tərəfdən Azərbaycanın inkişafından irəli gələn vəzifələrlə bağlıdırsa,  digər tərəfdən qarşıda Azərbaycanı gözləyən vəzifələrlə bağlıdır ki, bu vəzifələrdə də çevik iqtisadi, siyasi və bütün sahələrdəki idarəçilik ona istiqamətlənib ki, dövlətin inkişafında gecikmələr olmasın. Milli iqtisadiyyatımız dərhal post neft dövrünün qanunlarına, tələblərinə uyğunlaşdırılsın. Bu istiqamətdə də Azərbaycan xalqının firəvan həyatını təmin edək".

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org