– xeber – Bu gün Çempionlar Liqasında 2015-2016 mövsümünə yekun vurulub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qalibi "Real Madrid" olub.
Həlledici oyunda İspaniyanın paytaxtı Madrid şəhərinin iki komandası – “Real” və “Atletiko” üz-üzə gəlib.
“San-Siro”da keçirilən Madird derbisində əsas və əlavə vaxtda qalib müəyyənləşməyib 1-1. Penaltilər seriyasında daha dəqiq olan "Real Madrid" 5-4 qalib gəlib.