Rasim Eliyevin anasi: "Oğlumun olumunde zerre qeder de gunahi olan insani…"

30 Dekabr 2015 19:27 – xeber –
Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən "Qəbələ" futbol klubunun keçmiş kapitanı Cavid Hüseynov və digər 5 nəfərin cinayət işi icraata verilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq. İş üzrə məhkəmənin hazırlıq iclası yanvarın 5-nə təyin edilib.
Öldürülən jurnalistin ailə üzvləri Rasim Əliyevin qətlində təqsirləndirilən şəxslərin ən ağır şəkildə cəzalandırılmasını istədiklərini və heç kimi bağışlamayacaqlarını deyib.
"Qafqazinfo" xəbər verir ki, R.Əliyevin anası Teyfurə Əliyeva musavat.com-a açıqlamasında bildirib ki, yanvarın 5-də başlayacaq məhkəmədə iştirak edəcəklər: "Bütün proseslərdə iştirak edəcəm. Hadisələrin əsas şahidi və baş verənləri bilən mənəm. Ən ağır cəzanın verilməsini tələb edəcəyik. Oğlumun qatilləri cəzalandırılmalıdır".
Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərdən birinin – Samir Mustafayevin atası Şakir Mustafayevin öz oğlunun günahsız olması ilə bağlı müraciətinə də münasibət bildirən T.Əliyeva qeyd etdi ki, Rasimin ölümündə zərrə qədər də olsa, günahı olan şəxsi bağışlamayacaqlar: "Oğlumun ölümündə zərrə qədər də günahı olan insanı bağışlaya bilmərəm. Əgər kimlərsə Rasimlə görüşə gələndə nə baş verəcəyindən xəbərsiz olduqlarını deyirlərsə, gərək orada oğluma kömək edərdilər. İcazə verməzdilər ki, digərləri onu döysünlər. Onlar nə üçün gəldiklərini bilirdilər. Onların izahatı ilə tanış olmuşam. Nə məqsədlə gəldiklərini biliblər. Elşənlə Rasim bir neçə dəfə danışıb. Elşən Rasimi aldadıb ki, guya üzr istəməyə gəlib. Bundan xəbərsiz olan yalnız Rasim olub".
T.Əliyeva Samir Mustafayevin valideynlərinin onlara müraciət etdiklərini də bildirib: "Samirin yaxınları Rasim öləndən bir müddət sonra gəlmişdilər. Sonra yenə də görüşmək istəyirdilər. Samir Bayıl uşağıdır. O da nə məqsədlə gəldiklərini bilib. Heç birini bağışlaya bilmərəm. Maşını sürən də, o birilər də hamısı bilirdilər".
Xatırladaq ki, Rasim Əliyev avqustun 8-də Bayıl qəsəbəsində Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyev tərəfindən döyülmüşdü. Jurnalist aldığı bədən xəsarətlərindən avqustun 9-da xəstəxanada dünyasını dəyişmişdi. Jurnalisti döyənlərdən Elşən İsmayılov Cavid Hüseynovun bibisi oğludur.

Cavid Hüseynov da Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək, həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org