Ramilden razi qaldim – Qurban Qurbanov


[r32]
– xeber –
Vacib üç xal qazandıq. Bilirdik ki, “Zirə” ötən turdakı məğlubiyyətdən sonra daha istəkli olacaq. Hər iki hissənin əvvəlində əziyyət çəkdik. Ancaq sonda qələbə qazandıq.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 19-cu turunda bu gün “Zirə”yə qalib gəldikləri oyundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.
Millimizin çalışdırıcı son zamanlar zəif çıxış etdiyi müzakirə edilən Ramil Şeydayevin oyunundan razı qaldığını bildirib: "Təkcə onun yox, bütün futbolçuların oyunundan razı qaldım. Ramil bu gün çox çalışdı. Çox istəkli idi. Qol fürsətlənlərindən yararlana bilməməsi normal haldır. Həmin epizodları əldə etmək vacibdir. Əsas odur ki, qol fürsəti tapırdı. Hücumçu üçün əsas xüsusiyyət budur. Ümid edirəm ki, vaxt keçdikcə bir az da düzələcək".
Q.Qurbanov Topaz Premyer Liqanın növbəti turunda “Neftçi” ilə keçiriləcək görüş haqda da danışıb: "Rəqib son vaxtlar yaxşı oyun sərgiləyir. “Qəbələ” ilə matçda 2, “Keşlə”yə isə 3 qol vurdular. Bu komanda öz oyununu tapıb. Çətin qarşılaşma olacaq. Fikrimcə, azarkeşlər maraqlı oyun izləyəcəklər.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org