Ramil Usubov iranli hemkari ile gorusdu

18:31 – xeber – Daxili İşlər naziri Ramil Usubovun dəvəti ilə İran daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli ölkəmizə rəsmi səfərə gəlib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu gün Əbdülrza Rəhmani Fəzli və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanı ziyarət ediblər.
 
Avqust ayında Bakıda üçtərəfli İran- Azərbaycan-Rusiya Yüksək Səviyyəli Sammitin keçirildiyini xatırladan R.Usubov belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını söyləyib. Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ilinin tamam olacağını nəzərə çatdıran R. Usubov Ermənistanın hərbi təcavüzü və onun doğurduğu nəticələr barədə danışıb.
 
İran daxili işlər naziri deyib ki, imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki ölkənin mənafelərinə tam uyğundur və bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir. İstənilən inkişafın təməlində sabitlik amilinin dayandığı barədə həmkarının mövqeyini bölüşən Ə. R. Fəzli  İran və Azərbaycandan fərqli olaraq, regionda qeyri-sabit situasiyanın hökm sürdüyünü qeyd edib. İran daxili işlər naziri  istər ikitərəfli, istərsə də çoxtərəfli formatda əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin bölgədəki vəziyyətə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
 
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.       

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org