Ramil Usubov helak olan polisin ogluna vezife verdi – Foto


[r32]
– xeber –
Məhbus qiyamının yatırılması zamanı həlak olan polis kapitanı Gündüz Abdullayevin ailəsinin müraciətinə müsbət cavab verilib.
Kapitanın həyat yoldaşı Ulduz Abdullayevanın Femida.az-a verdiyi məlumata görə, oğlu Xəyyam Abdullayev yenidən Daxili Qoşunlara işə bərpa olunub:
"Həyat yoldaşımla bağlı verdiyim müsahibədə cənab nazir Ramil Usubovdan oğlumun yenidən polisə bərpa olunmasını xahiş etmişdim. Cənab nazir hər zamanki kimi bu dəfə də, ailəmizə olan diqqətini əsirgəmədi. Onun göstərişi ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov bizi qəbul etdi. Oğlumun yenidən Daxili Qoşunlara bərpasına kömək etdilər. Oğlumu Sumqayıtda daxili qoşunların taqım komandiri vəzifəsinə təyin etdilər. Mətbuat vasitəsi ilə cənab nazir Ramil Usubova, Daxili Qoşunların komandanı Şahin Məmmədova və onun müavini – Qərargah rəisi Şirin Xəlilova təşəkkürümü bildirmək istəyirəm. Çünki onların ailəmizə dəstəyini hər zaman görmüşük.”
Xatırladaq ki, kapitan Gündüz Abdullayev Qarabağ döyüşlərində uzun yol keçdikdən sonra 1999-cu ilin yanvarında Qobustan həbsxanasında baş vermiş qiyamın yatırılması zamanı həlak olub. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org