Ramil Usubov Çexiya səfirilə gorusdu

17:07 – xeber – Ramil Usubov Çexiya Respublikasının səfiri ilə görüşüb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu gün Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanı qəbul edib. 
 
Qonağa Daxili İşlər Nazirliyinin funksiyaları və fəaliyyət istiqamətləri, həmçinin, ölkədəki kriminogen durumla bağlı məlumat verilib.
 
Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənəcəyinə, srateji tərəfdaşlığa dair ötən il imzalanmış birgə bəyannamənin əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdıran daxili işlər naziri hər iki dövlətin anoloji qurumları arasındakı əlaqələrin vaxtilə ATƏT-in Bakı Ofisi vasitəsilə yarandığını bildirib. 
 
Qeyd olunub ki, hələ 2003-cü ilin iyun ayında adıçəkilən qurumla Daxili İşlər Nazirliyi arasında A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbə yardım göstərilməsinə dair imzalanmış protokola əsasən, sözügedən tədris ocağında bir sıra təmir-tikinti işləri aparılıb, təcrübə mübadiləsi və ixtisaslarının artırılması məqsədilə məktəbin müəllimləri müxtəlif vaxtlarda Çexiyada olublar.
 
Nazir əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu, bu məqsədlə iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair saziş layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim edildiyini xatırladıb.
 
Səfir Vitezslav Pivonka səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org