Rahat yatmaği arzulayanlara HEKİM MESLEHETİ

29 Dekabr 2015 23:55 – xeber –
Davamlı yuxu sağlamlıq üçün nizamlı qidalanma və fiziki aktivlik qədər vacibdir. Xüsusən də elektrik alətləri yuxu keyfiyyətini aşağı salır. Olkem.az lent.az-a istinadən türkiyəli həkim-mütəxəssis Sinan Akkurtun davamlı yuxu ilə bağlı məsləhətlərini təqdim edir. O, bildirir ki, yuxuya getmək, yatmaq və səhər oyanmaqda çətinlik çəkirsinizsə, səhərləri yorğun oyanırsınızsa, bunun səbəbi elektrik cihazları ola bilər.
Yuxu zehin və bədənin yenilənməsidir
Sirr deyil ki, son dövrlər yuxusuzluqla bağlı şikayətlər artıb. Qış aylarının yaratdığı mənfi psixoloji faktorlar, həddən çox kafein qəbulu, stress, siqaret və elektromaqnit çirklənməsi yuxusuzluğa səbəb olur. S. Akkurtun sözlərinə görə, gecələr yuxuya getmə, yuxu müddətini davam etdirmək problemi yaşayan insanlar yuxarıda sadalanan səbəbləri gözdən keçirərək onlara hansının daha çox təsir etdiyini aydınlaşdırmalıdırlar. Xüsusən də həddən çox elektromaqnit yüklənmələri həm yuxuya getmə, həm də sakit bir formada yatmağı çətinləşdirir.
Həkim elektromaqnit cihazlarının immunitet sistemini zəiflətdiyini iddia edir: "Yaxşı qidalanmanız, aktiv bir həyat tərzi yaşamağınıza baxmayaraq səhərləri yenə də yorğun və çətin oyanırsınızsa, bunun səbəbi telefon, kompüter, televizorla çox vaxt keçirməyiniz və xüsusən də bunların yataq otağınızda olmasıdır. Bədən gücü çatmayacaq qədər elektromaqnit kirlənməsinin meydana gətirdiyi mobil stress səbəbindən gücünü itirir, adam özünü yorğun və halsız hiss edir. Diqqət yönəltmə, konsentrasiya problemləri və bir çox xəstəliklərə səbəb olur".  
S. Akkurt təbii daşları otaqlardan çıxarmağı məsləhət görür. O bildirir ki, yataq otağı və onun yaxınlığında işlək vəziyyətdə cib telefonu, televizor, kompüter və digər elektromaqnit dalğalı əşyalarla təbii daşlı bəzək əşyası və aksessuarların olması qəti qadağandır. Onların ayrı-ayrı yerlərdə saxlanması lazımdır: "Ən azı ildə bir dəfə elektromaqnitdən təmizlənmə proqramı tətbiq edilməli, yuxuya getməyi asanlaşdırmaq üçün telefonla oynamaq əvəzinə təbii imkanlardan yararlanmaq faydalıdır. Bunlardan başqa da qidalanmanızda ilıq süd, ayran, çobanyastığı, melisa çayı, banan, badam, kətan toxumu, bal, qaysı, yemiş kimi qidalara yer verilməlidir". 

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org