Radikal ideologiya tehsile ehemiyyet verilmediyi… – Prezident

23:05 – xeber – Beyinlərin “yuyulması”, radikal ideologiya o yerdə özünə zəmin tapır ki, orada təhsilə lazımınca əhəmiyyət verilmir. 
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşündə bildirib.

"Bizə sovet keçmişindən miras qalmış üstünlüklərdən biri məhz təhsil və savaddır. Bizim ölkələrimizdə savadlılıq mütləq həddədir. Biz bu nailiyyəti qoruyub saxlayırıq və saxlamalıyıq. Ölkələrimizin vətəndaşları arasında, xüsusən gənclər arasında müxtəlif səviyyələrdə mövcud olan əlaqələr də təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm amildir. Ona görə ki, gənclər bir-birini tanıyacaq, bir-birinə qonaq gedəcək, ünsiyyət saxlayacaq, dostluq edəcək. Əlbəttə ki, bir-birini dost və tərəfdaş kimi qəbul edəcəklər. Odur ki, təhlükəsizlik orqanlarının fəaliyyəti dövlətin siyasətindən ayrı mümkün deyil. Biz Azərbaycanda məhz əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, qarşılıqlı həmrəyliyə, çoxkonfessiyalı dünyaya yönəlmiş ardıcıl siyasət yürüdürük və çoxmillətli dövlət olaraq öz ölkəmizin bütün vətəndaşları ilə fəxr edirik. Düşünürəm ki, bu, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi, sosial məsələlərin həlli və ölkənin inkişafı baxımından Azərbaycanın uğurlu inkişafının başlıca təməlidir", – Prezident qeyd edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org