Qvardiola ile goruseceyem – Resad Sadiqov


[r32]
– xeber –
"Qarabağ"ın kapitanı, 20 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rəşad Sadıqovun İtaliya və İngiltərəyə səfərinin yekunları ilə bağlı Sportnet.az-a müsahibə verib.
Axar.az həmin müsahibəni təqdim edir:
– Təcrübə üçün məhz İtaliya "Roma"sını seçməyiniz nə ilə bağlı idi?
– Pro kateqoriyası ilə bağlı hər hansı komandanın düşərgəsində olmalı idim. Məhz "Roma"nı seçməyim təsadüf deyildi. Bu komandaya qarşı oynamışdım. "Roma”nın oyun fəlsəfəsi və son vaxtlar oyununlarındakı yüksəliş, həm Çempionlar Liqası, həm də İtaliya A Seriyasında yaxşı çıxış etməsi diqqətimi çəkirdi. Həmin kluba qarşı oynayanda da çətinlik çəkirdim. Həm hücumlarda, həm də müdafiədə yaxşı təsir bağışlayırdılar. Buna görə də "Roma”nı və klubun baş məşqçisi Eusebio Di Françeskonu seçdim.
– Gördüklərinizdən razı qaldınız?
– Bəli. İtaliyaya gedəndən sonra çox sevindim ki, məhz bu klubu seşmişəm. Bütün həftə ərzində məşqlərini və "Kalyari"yə qarşı A Seriyasındakı son oyunu izlədim. Bununla da mənim Pro proqramım tamalandı.
– Bəs necə oldu ki, İngiltərənin "Mançester Siti" klubunun da düşərgəsinə yollandınız?
– Mançesterə getməyim öz istəyimlə bağlı idi. Bunun Pro kateqoriyası ilə hər hansı bağlılığı yox idi. 15-20 gün danışıqlar getdi və sonda icazə verdilər. "Mançester Siti” qapalı klub olduğundan, belə görüşlərə vaxt və yer ayırmır. Qarşılarına böyük məqsədlər qoyublar. Sıx qrafiklə matçlar keçirirlər. Amma elə oldu ki, razılıq aldıq. Çünki mənim üçün Xosep Qvardiola nümunəvi məşqçidir. Həmişə onu sevmişəm, izləmişəm. Futbolçu olanda da söyləyirdim ki, nə vaxtsa məşqçilik karyerama başlasam, belə təcrübələrdən çox istifadə edəcəyəm. İmkan düşdükcə, təcrübəli məşqçilərin məşqində, görüşlərində iştirak etməyi qarşıma məqsəd qoymuşam. Elmimi, savadımı və təcrübəmi artırmaq istəyirəm.
– Görüşləriniz necə keçdi?
– "Mançester Siti”nin "Tottenhem"lə Premyer Liqa qarşılaşmasını və bir məşqini canlı izləyə bildim. Əvvəlcədən baş məşqçi ilə görüş danışılmamışdı. Komandanın sıx qrafiki ilə əlaqədar iki günlük proqramıma bu görüş daxil edilməmişdi. Amma orada razılıq əldə olundu ki, qarşıdakı bir ildə əvvəlcədən məlumatlandırmaqla, bir həftəlik məşq proqramında iştirak edə və Qvardiolanın özü ilə danışıb, çox vaxt keçirmə fürsəti qazana bilərəm. Bunun alınıb-alınmayacağını bilmirəm. Çünki bu məsələ öz proqramımdan da asılıdır.
– Keçirdiyiniz görüşlərdə "Qarabağ"ın Çempionlar Liqasındakı görüşlərinə toxunuldu?
– "Roma"da da, "Mançester Siti"də də məni çox isti qarşıladılar. Çempionlar Liqasında oynamağımız həqiqətən də irəli atılan addımdır. Mən bunu səfərdə də hiss etdim. Hamı bizim nəticələrdən və uğurumuzdan danışırdı.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org