Qurban Qurbanov meglubiyyetden danisdi


[r32]
– xeber –
“Sumqayıt”ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Özümüzə gəldikdə, həmişə kubok oyunlarında ehtiyat etmişəm. Futbolçuların üzərinə çox getmədim. Əvvəl də dediyim kimi, komandada yorğunluq var. Bu il bizim üçün ağır oldu, uğurlu nəticələrimiz oldu.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la cavab oyunundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.
– Riçard Almeyda və Dino Ndlovu niyə oynamırdı?
– İkisi də zədəli idi. Riçardda əzələsində dartılma var, Ndlovuda da həmçinin.
– Futbolçularda istirahət vaxtına görə rahatlıq hiss etdiniz?
– "Yox" deyə də bilmərəm. Futbolçu psixologiyasıdır. Özümdə də belə hallar olub. Nə qədər motivasiya etsəm də, düşünürdüm ki, son oyundur, gedirik istirahətə. Belə düşüncə var idi.
– “Sumqayıt”ın heyətində kimi fərqləndirərdiniz?
– Bunu deyə bilmərəm. Bütün futbolçuları izləyirəm. Bütün komandalardaki oyunçulara baxırıq.
– Qış fasiləsində kimlər gedəcək?
– Konkret olaraq, belə futbolçu yoxdur. Hər bir futbolçunun müqaviləsi var. Bu haqda heç nə deyə bilməyəcəm. Kimsə öz xahişi ilə getmək istəsə, düşünərik. Müqaviləsi olan oyunçuya get deyə bilmərik.
– Xarici klublardan hansısa futbolçu üçün təklif almısınızmı?
– Ciddi bir təklif yoxdur. Bu barədə düşünmək lazım deyil. Dino ilə bağlı təklif olmuşdu, ancaq ciddi deyildi.
– Heyəti gücləndirmək baxımından addım atılacaqmı?
– Belə bir fikir var. Yerli futbolçu əldə edə bilmərik. Yaxşı futbolçuların hamısı öz klubundadır. İnanmıram onlar istədiyimiz futbolçuları bizə versin. Axtarışlarımız gedir. Yayda danışıqlar apardığımız oyunçularla hələ də danışıqlar aparırıq. Amma mütləq futbolçu gəlməlidir.
– İlk oyundaki kimi burada da Jezniçak səhvə yol verdi. Sizcə, mərkəz müdafiəçisi lazımdırmı?
– Hər xəttə uyğun bir futbolçu istəyirik. Belə fikrimiz var.
– "Neftçi" Rahid Əmirquliyevi transfer etmək istəyir, bu barədə müraciət almısınızmı?
– Bizə rəsmi təklif olmayıb. Rahid bizim əsas oyunçularımızdan biridir. Xeyli zaman var. Təklif olsa, fikir bildirə bilərik. Rahidə inanırıq. Onun mövqeyində vacib futbolçulardandır.
– Həm milli, həm də "Qarabağ"ı hazırlamaq çətin olmayacaq ki?
– Hətta bir komandanı hazırlamaq çətindir. Ancaq biz çətinlikdən qorxuruqsa, addım atmamalıyq. Hər şeyi düşünürəm. Elə işlər var ki, hər kəsin öz məsuliyyəti var. Təcrübəmiz də artıb. Oyunçunun potensialını bilmək üçün vaxt sərf etmirik. Əlaqələrmiz də var. Oyunçuların həyat tərzi barədə məlumat toplaya bilirik. Çətin olacaq, mənim üçün də məsuliyyət olacaq. Ancaq futbolumuz üçün bu addım atılmalıdır.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org