Qulu Meherremli cagiris etdi

09:30 – xeber – Bu gün Azərbaycan dilində çox mürəkkəb proseslər gedir.
 
Bu sözləri Axar.az-a media eksperti Qulu Məhərrəmli 21 fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı açıqlama verərkən deyib. Onun sözlərinə görə, Sovet dövründən fərqli olaraq, Azərbaycan dili indi daha geniş sahələrdə işlənir:
 
“Media orqanlarının sayı həddindən artıq çoxalıb. Bu o deməkdir ki, dilin tətbiq sahəsi də genişlənir. Azərbaycan dilinin leksikasında çox sürətli proseslər baş verir. Söz alma prosesi, alınma sözlərlə dilin qarşılığındakı sözlərin mübarizəsi gedir. Bu gün cəmiyyətdə baş verən hadisələr, o cümlədən, elmi-texniki proseslərlə bağlı dilimizə çoxlu yeni sözlər daxil olur. Hazırda Azərbaycan dili həddindən artıq işləkdir və genişlənir. Ancaq Azərbaycan dilinin öz təmizliyini qoruyub saxlaması əsas problem kimi qalmaqdadır. Konstitusiya, Dövlət Dili haqqında Qanun, Prezidentin sərəncamı ilə Azərbaycan dili və Azərbaycan əlifbası gününün ayrıca qeyd olunması, eyni zamanda, dilin qloballaşma şəraitində işlənməsi ilə bağlı Dövlət Proqramı dilin hüquqi əsasları və işlənməsi ilə bağlı problemləri aradan qaldırmağa imkan verir”.
 
Q.Məhərrəmli dillə bağlı əsas problemlərin dil daşıyıcılarından qaynaqlandığını bildirib:
 
“Əsas problem dilin tətbiqi və onun qaydalarının gözlənilməsi ilə bağlıdır. Təəssüf ki, yazılı mətbuatda, televiziya və radiolarda, şifahi nitqdə dilin normaları tez-tez pozulur. Bunun əsas səbəbi isə vətəndaşların dil qaydalarını yaxşı bilməməsidir. Düzdür, hamı öz dilində danışır, ancaq hamı gözəl danışa bilmir. Buna nail üçün olmaq ilk növbədə öz dilimizdə danışmalıyıq. Hazırda dillə bağlı AMEA Dilçilik İnstitutunda xüsusi “Qaynar xətti”miz fəaliyyət göstərir. Əvvəl yeddi rəqəmli nəzərdə tutulmuşdu. Daha sonra Rabitə Nazirliyi təklif etdi ki, əhalinin daha asan yadda saxlaması üçün xətt dördrəqəmli olsun. “Qaynaq xətt”imizin nömrəsi 16 57-dir. Bundan əhalini aktiv istifadə etməyə çağırıram. Bu “Qaynar xətt”ə şəhərdə – küçə və ya xidmət sahələri adlarında rast gəlinən yanlıqlıqla bağlı məlumat vermək, həmçinin, hansısa sözün yazılışındakı mübahisəli məsələni dəqiqləşdirmək mümkündür”.  
 
Qeyd edək ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. BMT 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə məhz bu günü Beynəlxalq Ana Dili Günü elan edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org