Qulu Meherremli: “Alisanov yaxsi edir…”

14:18 – xeber – Çox təəssüf edirəm ki, o boyda AzTV-nin sədri tənqidlə təhqiri fərqləndirə bilmir. Mənim yazımda ancaq tənqid var idi, təhqir yox.
 
Bu sözləri Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, tanınmış jurnalist, professor Qulu Məhərrəmli AzTV-nin sədri Arif Alışanovun onu məhkəməyə verməsi haqda Axar.az-a danışarkən deyib. O, Arif Alışanovun yazını düz başa düşmədiyini bildirib:
 
“İndi Xocalı ilə bağlı Türkiyədə bir tədbirdəyəm, çox danışa bilmirəm. Ancaq onu deyim ki, Arif Alışanov lap yaxşı edir məni məhkəməyə verir. Adımın onun adı ilə birgə hallanmasından ağır nə ola bilər?! Çox təəssüf edirəm ki, o boyda AzTV-nin sədri tənqidlə təhqiri fərqləndirə bilmir. Mənim yazımda ancaq tənqid var idi, təhqir yox”.
 
Xatırladaq ki, AzTV sədri A.Alışanov 39 illik jurnalist fəaliyyətində ilk dəfə olaraq bir həmkarını – Qulu Məhərrəmlini məhkəməyə verib, həm də xüsusi ittiham qaydasında. Buna səbəb isə Q.Məhərrəmlinin bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalardır. Jurnalist həmin açıqlamalarda AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib.
 
Q.Məhərrəmlinin səsləndirdiyi fikirlərdə təhqirlərə yol verdiyini bildirən Arif Alışanov isə məhkəməyə müraciət edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org