Quli haqda xosagelmez sozler deyen avtoritet olduruldu


[r32]
– xeber –
Kriminal aləmdə “Dato Pankiski” kimi məşhur olan 36 yaşlı gürcü qanuni oğru David Alxanişvili öldürülüb.
Publika.az xəbər verir ki, bu haqda Rusiyanın məşhur kriminal saytı olan “Praym Kraym” yazıb.
Saytın yazdığına görə, onun qətli Zaxariya Kalaşovun (hazırda Rusiyada həbsdədir – red.) qardaşı oğlu David Ozmanova (Dato Krasnodarski) verilən işğəncənin qisası olaraq törədilib. Qətlin oğru dünyasında qanlı qarşıdurmaların yeni mərhələsinin başlanğıcı olacağı deyilir.
Xatırladaq ki, 2011-ci ildə Belçikada qanuni oğru Oniani Canqveladzenin klanından ibarət avtoritetlər David Ozmanov üzərində divan təşkil edib. Onlar Ozmanova çoxsaylı bıçaq xəsarətləri yetiriblər. David Alxanişvili də divanı təşkil edənlərdən biri olub.
Ozmanov o vaxt möcüzə sayəsində sağ qalıb və uzun müddət xəstəxanada yatıb. Onun cəlladlarına isə qiyabi ölüm hökmü çıxarılıb.
Kriminal.az-ın məlumatına görə, Alxanişvilinin çeçen kriminal avtoritet, oğru dünyasında "Şeyx Həmzət" adı ilə məşhur olan Həmzət Qastəmirovla yaxın dostluq münasibətləri olub. O, ölümündən bir neçə gün əvvəl sui-qəsd nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən Şeyx Həmzətə zəng edərək hadisəyə görə üzüldüyünü bildirib. Onun telefon söhbətində azərbaycanlı qanuni oğru Nadir Səlifovla (Lotu Quli) bağlı xoşagəlməz ifadələr işlətdiyi deyilir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org