Qriqorcuk: "Çetin olacaq"

– xeber – Sabah Uiks və Nika oynamayacaq. Başqa hər cəhətdən hazırıq. 

 

APA-nın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” sabah “Maynts”ı qəbul edəcək. Ev sahiblərinin ukraynalı çalışdırıcısı matçdan öncə keçirilən mətbuat konfransında bunları deyib: “Başa düşürük ki, şansımız var. Əminlik var. Bundan bacardığımız qədər istifadə etməyə çalışacağıq”.
 
– Rafael Santosu hesabdan silmisizmi? Bir də Uiks və Kvekveskirinin yoxluğunda onların mövqeyində kimləri oynadacaqsız?

– Mən razılaşmıram ki, Rafael Santosu hesabdan silmişik. O, çox vacib oyunlarda da iştirak edib. Santos bizim üçün lazımlı oyunçudu. Bunu nəzərinizə çatdırmaq istəyirəm. Yarımmüdafiə xəttində Nika Kvekveskiri və Teo Uiks oynamayacaq. Bu mövqedə yeni transfer Franyiçi oynada bilmərik. Çünki o, cinah futbolçusudu. O ki qaldı Franyiçin adaptasiyasına, hər şey qaydasındadı, işləri yaxşı gedir.
 
– “Maynts”ın Avroliqada qarşılaşdığınız digər rəqiblərdən fərqi nədədi?

– “Maynts”ı digər rəqiblərlə müqayisə etmək istəmirəm. “Qəbələ” çox ciddi komandadı. İstənilən rəqiblə qarşılaşmada şansımız var. Sadəcə, özümüzün ən yaxşı oyununu göstərməliyik. Hər bir futbolçu meydanda bütün bacarığını göstərməlidi. Onda bizim qələbə şansımız yaranar. “Maynts”a gəlincə, çox güclü komandadı. Düşünmürəm ki, onlar bizimlə matçda heyətdə eksperimentlər edəcəklər. Xeyr. Məncə, bizə qarşı ən güclü heyətlə oynayacaqlar. Müşahidəmə əsasən deyirəm ki, Avroliqa güclü çempionatların komandaları üçün də maraqlıdı. Onlar da çalışırlar ki, əsas heyətləri ilə çıxış etsinlər. “Borussiya”nın “Qəbələ” ilə hər iki oyununu xatırlatmaq istəyirəm. Onlar bizə qarşı əsas heyətləri ilə oynamışdılar.
 
– Rəqibin ən güclü cəhətlərini bizə açıqlaya bilərsizmi?

– Ən üstün cəhətləri fiziki gücləridi. Çox sürətli və cəlddilər. Uzun ötürmələrdən tez-tez istifadə edirlər. Oyunçuları boş mövqeyə açılmağı yaxşı bacarırlar. Meydanda sona qədər mübarizə aparırlar. Başa düşürəm ki, bu cür komandaya qarşı oynamaq bizim üçün çətin olacaq. Əks-hücuma da sürətli çıxa bilirlər. Çox aqressiv oynayırlar. Fərdi cəhətdən güclü futbolçulara sahibdilər. Bax, “Maynts”ın güclü xüsusiyyətləri bunlardı.
 
– Yağışlı hava ilə əlaqədar meydançanın ot örtüyü yenidən yararsız hala düşə bilərmi? Bu, sizi narahat edirmi?

– Meydança yenidi. Bu barədə nəsə demək mənim üçün çətindi. Meydanın sabah necə olacağını bilmirəm. Təbii ki, aramsız yağış davam etsə, meydanın vəziyyəti ağırlaşacaq. Düşünürəm ki, bununla əlaqədar hücum mövqeyimizdə müəyyən dəyişikliklər edə bilərik.
 
– “Qəbələ” daxili çempionatda topa daha çox sahib olur. Avroliqada isə əksinə, müdafiəyə meyilli komanda təsiri bağışlayır. Bununla bağlı nə deyə bilərsiz?

– Düşünməyin ki, biz çempionatda hücum edirik, Avroliqada müdafiə olunuruq. Biz həmişə istəyirik ki, hücum edək. Sadəcə, Avroliqada rəqiblərimiz çox güclü olur, bu səbəbdən istədiyimizi tam edə bilmirik. “Anderlext” və “Maynts” kimi komandalar olduqca güclü rəqibdilər. Biz onlarla matçlarda da öz oyun fəlsəfəmizdən dönmürük. Sadəcə, rəqib işimizi çətinləşdirir.
 
– “Maynts”ın heyətində ən bəyəndiyiniz futbolçu kimdir?

– Mənə hansısa futbolçunu fərqləndirmək çətindi. “Maynts”ın heyətində çox yaxşı oyunçular toplaşıb. Bəziləri daha yüksək səviyyəyə malikdilər. Onların fiziki hazırlıqları xüsusən seçilir. Oyun intellektləri də yüksəkdi, yəni taktiki planda da özlərini yaxşı tərəfdən göstərirlər.
 
– Son vaxtlar Baqali Dabonun “ayağı açılıb”. Sabah onun üçün xüsusi tapşırıq vermisizmi?

– Düşünmürəm ki, rəqibin müdafiəçiləri ona xüsusi diqqət yetirəcəklər. Rəqibin oyunlarına baxmışıq, onların boşluqlarını aşkar etməyə çalışmışıq. Ümid edirik ki, “Maynts” sabah həmin boşluqları buraxacaq. Dabo da bunları bilir və ondan istifadə etməyə çalışacaq.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org