Qorbacov Seddami bele satdi – Mexfi tarix

09:36 – xeber – Gürcüstanın eks prezidenti, SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Şevardnadzenin olduqca maraqlı və hətta sensasiya hesab oluncaq memuarından Azərbaycana da bu və ya digər formada dəxli olan bəzi hissələri təqdim edirik. Hesab edirik ki, bu kitabda qeyd olunanları hamının bilməsi vacibdir, ona görə ki, oxuduqlarınız kiminsə fərziyyəsi yox, yaşadıqları və iştirakçısı olduğu tarixi hadisələrin heyrətamiz xronologiyasıdır.
 
 
Əvvəli burada
 
 
İraqın Küveyti ilhaqı: öhdəliyi öz üzərimə götürürəm…
 
 
"Soyuq müharibə" tabutuna vurulan sonuncu mismar…
 
 
Mən və Beyker bir-birimizlə mütəmadi olaraq görüşürdük. Onun Moskvaya səfər etməsinin zamanı da yetişdi. Mən onu «rus möcüzəsi» olan Baykal gölünə aparmağı qərara almışdım. O vaxt Baykal ətrafında böyük hay-küy yaranmışdı. Gölün ətrafında sellüloz zavodu və başqa müəssisələr tikilmişdi. Bununla da onu məhv edirdilər. Gölü qorumaq üçün böyük hərəkata başlanılmışdı. Tanınmış Sovet dissidenti və insan hüquqlarının barışmaz müdafiəçisi, «Nobel» mükafatı laureatı Andrey Saxarov da bu hərəkatda iştirak edirdi. Sonda isə Qorbaçov Baykalın müdafiə olunması barədə əmrə imza atdı.
 
Deyirlər ki, Baykalı görməyən demək olar ki, Rusiyanı görməyib. Tamamilə razıyam.
 
Bir sözlə, Moskvada xahiş etdim və Baykalı təsvir edən materiallar – şəkillər və videokasetlər gətirildi. Sonra onları Beykerə də göstərdim və Baykala getməyi qərara aldıq. İrkutska, oradan isə vertolyotla Baykala uçduq. Beyker Baykalın gözəlliyindən vəcdə gəldi: «Möcüzədir», – dedi. Dedim ki, Baykal Rusiya üçün, Amerika Vayominqi kimidir. Balıq ovuna çıxdıq, yenə də heç bir nəticə əldə edə bilmədik. Beyker Monqolustana, mən Moskvaya uçmalı idim. Getməzdən qabaq dedi: «Vaşinqtondan bildirdilər ki, İraq Küveytə hücum etmək istəyir».
 
İnanmadım – İraq-İran müharibəsi bitməmiş yeni cəbhənin açılması İraq üçün təsəvvüredilməz idi. Bu müharibə qurtarmaq bilmirdi. İki tərəflə müharibəni dayandırmaq barədə danışıqlar aparmaq istəyirdim, amma nəticəsiz idi, indi isə Küveyt… Təkrar edirəm, inanılmaz idi. Heç bir məntiqə sığmırdı. Beykerə də belə dedim. Razılaşdı: «Düz deyirsən» – dedi, amma kəşfiyyat göstəricilərini neyləyək?! Sonra Monqolustana uçdu və növbəti gün zəng etdi: «Moskvaya gəlirəm, kiminsə bilməsini istəmirəm. «Vnukovo-2» hava limanında qarşılaya bilərsən?»
 
Qarşıladım. Kiçik bir otaqda oturduq. Narahat şəkildə dedi:
 
– İraq ordusu Küveyt sərhədini keçib. Kəşfiyyat doğru xəbər veribmiş.
 
– Nə edə bilərik?
 
– Biz Küveyti müdafiə edərik, amma buna BMT-nin Təhlükəsizlik Şurası qərar verməlidir ki, islam dünyası bu addımı başqa cür qiymətləndirməsin. Bizə TŞ-dən Sovet İttifaqının dəstəyi lazımdır, özü də olduqca təcili.
 
Razılaşdım. Açıq aqressiya hiss olunurdu, amma Sovet İttifaqının İraqla sıx əlaqələri var idi. İşğalçını müdafiə edə bilməzdik. Əsasən İraq, bu addımı bizə söykənərək atmışdı. Bilirdi ki, razı olmayacağıq və onun əleyhinəyik, buna görə də ciddi arqumentə malik olduğumuz üçün İraqı yox, Amerikanı dəstəkləyirdik. Beykerə yardım etməyə söz verdim. Hər şeyi öz üzərimə götürdüm. Qorbaçovun bunun əleyhinə olmayacağına əmin idim. Elə oradaca – hava limanında Sovet-Amerika birgə bəyanat layihəsini hazırladıq və mətbuat nümayəndərilə görüş keçirdik. Beyker bəyan etdi ki, İraq Küveytə hücum etdi və Təhlükəsizlik Şurasının gözlənilən qərarına müvafiq olaraq öz yardımımızı etmək fikrindəyik. Bu işdə bizi dəstəklədiyinə görə mən Şevardnadzeyə minnətdaram. Bu hadisə 1990-cı ilin 3 avqustunda baş vermişdi…
 
Beykeri yola saldıqdan sonra Qorbaçova zəng etdim və hər şeyi ona açıqladım. Onu da dedim ki, İraqın bizim üçün böyük maraq kəsb etməsinə və orada minlərlə vətəndaşımızın işləməsinə baxmayaraq, bu yardımın əleyhinə çıxmaq olmaz. Razılaşdı və əlavə etdi ki, bütün cavabdehlik mənim üzərimə düşür. Yalnız bizim xalqın və hakimiyyətin qarşısında məsuliyyətdən yox, eləcə də beynəlxalq ictimaiyyət və siyasi dairələr qarşısındakı cavabdehlikdən söhbət gedirdi.
 
Çox əziyyət çəkdim. Qəribə olsa da, bu bəyanatı müzakirə edərkən, elə Xarici İşlər Nazirliyindəcə problemlər yarandı. Məni azlıq dəstəkləyirdi. Müavinlərimin bəziləri və ekspertlər qarşı çıxırdı: kimi təqdimatın, kimi də bəyanatın əleyhinə idi. Bizim İraq və Yaxın Şərqlə həqiqətən də yaxın əlaqələrimiz vardı. Buna görə də, onların mövqeyi ciddi əsaslara söykənirdi, amma mənim yalnız bir regionla və bir ölkə ilə əlaqələrin münaqişəsini deyil, eləcə də bütün dünyanın gələcəyini və Sovet İttifaqının bu gələcəkdə rolunu, Sovet İttifaqının yeni siyasi kursunun davamını nəzərə alan mövqeyim də əsassız deyildi.
 
Başqa yol yox idi. Kollektiv qərar əvəzinə, birnəfərlik qərar qəbul etdim. Cavabdehliyi də bütövlükdə öz üzərimə götürdüm və…
 
Zaman mənim haqlı olduğumu təsdiq etdi.
 
Mən Beykerə söz verdim ki, BMT tərəfini tutacağam və Qorbaçovun razılığı ilə sözümün üzərində dayandım. Lakin bu sistem yox, epizod idi. Necə də olsa, xarici siyasət xarakterini ifadə edirdi.
 
Öz həmkarlarımı İraqa göndərdim və Səddam Hüseynə ismarladım ki, bizim vətəndaşlarımızın təcili surətdə İraqdan çıxarılmasına başlanılmazsa və o buna köməklik göstərməsə, münaqişəyə biz də qoşulacağıq. Amerikalılar isə Bağdada daxil olacaqdılar. Həqiqətən də bizim vətəndaşlarımızın evakuasiyası çox sürətlə və itkisiz baş tutdu.
 
Dövlət tərəfindən bu cür aşkar ifadə edilmiş mövqe ilə yanaşı, Səddamı «sakitləşdirmək» və onunla ümumi dil tapmaq cəhdi var idi, çünki o, Sovet İttifaqının «dostu» hesab olunurdu. Bu məqsədlə vasitəçilik fikrində olan Səddamın yaxın dostu Yevgeni Primakov əvvəl Bağdada, sonra isə Vaşinqtona səfər etdi. Mən bu səfərin əleyhinə idim, hətta bunu Qorbaçova da dedim: «Ölkənin iki xarici siyasəti ola bilməz».
 
Səfərlərin heç biri fayda vermədi. Primakov Səddam Hüseyni heç nəyə razı sala bilmədi. Buş isə kəskin şəkildə cavab verdi: «Səddamın günahları Hitlerin günahlarına bərabərdir. Onunla danışmaq və ona nəyisə bağışlamaq olmaz!». Sonra «Səhrada fırtına» başladı. Beyker zəng etdi və soruşdu (görünür, onu bir tərəfdaş kimi mənim fikrim də maraqlandırırdı):
 
– Bağdada qədər 100 km qalır. Necə fikirləşirsən, Bağdada girək?
 
– Mən qərar verməli olsaydım, Bağdada girməzdim.
 
– Niyə?
 
– Bağdad öz tarixinə, mədəniyyətinə və adət-ənənələrinə görə bu region üçün xüsusi şəhərdir. Bu isə sizin haqlı olmağınızı kölgə altında qoyacaq.
 
Az sonra yenidən zəng etdi və dedi: «Haqlı idin, prezident qərar verdi ki, Bağdada girmək olmaz».
 
Elə prezident Corc Buş da o zaman demişdi: «Ölkələr arasında yeni tərəfdaşlıq əlaqələrinin zamanı yetişdi. Biz bu gün bənzərsiz və dəyərli bir məqam qarşısındayıq. Fars körfəzi böhranı öz ciddiliyinə baxmayaraq, bizə əməkdaşlığın tarixi mərhələsinə keçməyə imkan yaradır. Bu qarşıdurma zamanın kökündən «yeni dünya nizam-intizamı» doğa bilər».
 
Zaman keçəcək və Beyker öz memuarlarında qeyd edəcək: «Mən və Şevardnadze «Vnukovo» hava limanında görüşərkən və o bizim tərəfimizi saxlayarkən «Soyuq müharibə» başa çatdı. Biz birgə bəyanatla «Soyuq müharibə» tabutuna sonuncu mismarı vurduq». Bu, həqiqətən də belə idi.
 
Ardı var…
 
Moderator.az

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org