Qondarma ”DQR”-in paytaxtinda ara qarisdi

23:31 – xeber – Qondarma "DQR"-də ictimai-siyasi situasiya gərginləşib.
 
Müsavat.com-un verdiyi məlumata görə, bu gün Ermənistan və qondarma "DQR" rəhbərliyini tənqid edən və 2- 3 aprel döyüşləri barədə qalmaqallı açıqlamaları ilə gündəmə gələn “İjo” kod adlı general Samvel Babayan Xankəndinə gəlib. 
 
Onu 1000- nəfərdən çox sayda tərəfdarı qarşılayıb. Daha sonra Samvel Babayanın tərəfdarları qondarma "DQR"- in qondarma “prezident” iqamətgahı ətrafına toplanıb və qondarma prezident Bako Saakyanla görüş tələb ediblər. 
 
Onlar Samvel Babayanın Qarabağ ordusunun komandanı təyn edilməsini tələb edirlər. Samvel Babayanın tərəfdarlandan Xanumyan adlı biri "Кавказскiy узeл" əməkdaşına deyib ki, mitinqçilər onlar Babayanın ordunun başına gətirilməsini tələb edirlər, Susanna adlı başqa bir mitinqçi əlavə edib: -“Çünki Dağlıq Qarabağ rəhbərliyi və komandanlığı öz vəzifələrini yerinə yetirmək iqtidarında deyil, bu səbəbdən aprel müharibəsi gedişində ərazilər verilb… Beş ildir ki, bu prezident bizi inandırırdı ki, biz güvəndəyik., lakin sonda bunun yalan  olduğu  məlum oldu. Biz tələb edirik ki, xalqıın aldadılmasına son qoyulsun, on xəttə təkcə sadə adamlar yox, məmurlar və onların övladları da getsinlər…”

   
Düşmənin işğalı altında olan ərazilərdə etiraz aksiyalarının başlaması 2-5 aprel döyüşlərinin bilavasitə ən mühüm nəticələrindən biridir. Ermənistandan gələn xəbərlər göstərir ki, təkcə işğal altındakı ərazilərdə deyil, bütövlükdə təcavüzkar ölkədə hərbi – siyasi böhran əlamətləri müşahidə olunur. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org