14:53 – xeber – İyunun 1-də saat 16:00-da Qaradağ rayonunun Qobustan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qəsəbə sakini Məlik Aslanov idarə etdiyi “Mersedes” markalı avtomobili aşırıb və hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Başqa bir yol-nəqliyyat hadisəsi Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib.
İyunun 1-də saat 22:00-də müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Günel İbadova vurulub və xəstəxanaya yerləşdirilib.
Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.