QMİ Hecc ziyaretinin qiymetini ucuzlasdirdi


[r32]
– xeber –
Həcc ziyarətindən iki ay sonra kiçik Həcc (Ümrə) ziyarətinə gedişlər başlayır. Noyabr ayının sonundan indiyədək Azərbaycandan iki qrup Ümrə ziyarətinə gedib.
Bu barədə Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov bildirib.
O qeyd edib ki, yanvar ayı ərzində Azərbaycandan daha bir qrup kiçik Həcc ziyarətinə yollanacaq: “Fevral ayı üçün də gediş nəzərdə tutulur”.
QMİ rəsmisi bildirib ki, Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb: “Qiymət ucuzlaşıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni, qiymətlər 500 dollardan da çox uzuclaşıb”.
Ümrə ziyarətinin 3 günlük Mədinə, 5 günlük isə Məkkə ziyarəti ilə yekunlaşdığını xatırladan QMİ rəsmisi əlavə edib ki, ziyarət ümumilikdə 9 gün çəkir: “QMİ ziyarətə Azərbaycan vətəndaşları və Azərbaycanda yaşamaq icazəsi olan əcnəbiləri göndərir”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org