Qlobal rejim cokur: Qarabag, Abxaziya, Donbas…

10:29 – xeber – Qaynar bölgələrdə sabitliyi pozmuş qüvvələrə qarşı məhdudlaşdırıcı tədbirlər görülməsə, müxtəlif yerlərdə yeni münaqişələr baş verəcək. Bu isə  nisbətən sabit qlobal rejimi çökürdə bilər.
 
Bu barədə Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov danışıb. Onun sözlərinə görə, postsovet məkanında baş vermiş münaqişələr oxşar özəlliklərə malik olsalar da, onların həllində vahid bir mexanizm mümkün deyil:
 
“İstər Qarabağ, istər Dnestryanı, istərsə də Abxaziya, Cənubi Osetiya və Donbasda separatizm amili var və çözüm işğalçı tərəflərin dağıdıcı planlarını aradan qaldırmaqdır. Həlledici sülh mexanizmi işlənilməlidir. Bu mexanizmlər fərqli ola bilər. Çünki vasitəçilərlə maraqlı tərəflərin xüsusiyyətlərinə görə parametrlər hər bir halda müxtəlif durum yaradır. Məsələn, Dnestryanıda nizamasalma işində 5+2 formatı, Qarabağda 3 həmsədr mexanizmi tətbiq edildi. Ukraynanın Donbas bölgəsində isə Minsk razılaşması hələ ki hipotetik təsirini saxlayır”.
 
T.Abbasov hesab edir ki, beynəlxalq institutlar ciddi tədbirlər vasitəsi ilə problemləri nəzarətə götürməlidirlər:
 
“Bu proses formal tərzdə tətbiq edildiyindən münaqişələr dondurulmuş hala düşür. Bu staqnasiya baş verməsin deyə, BMT, ATƏT, AŞ verbal, yəni sırf danışıqlar təcrübəsindən əməli tədbirlərə keçməlidirlər. Bunun üçün ən təsirli mexanizm vasitəsi sanksiya rejimidir. Yəni qaynar bölgələrdə sabitliyi pozmuş qüvvələrə qarşı məhdudlaşdırıcı tədbirlər görülməsə, müxtəlif yerlərdə yeni münaqişələr baş verəcək. Bu isə hələ ki, nisbətən sabit olan qlobal rejimi çökürdə bilər”.
 
Qeyd edək ki, bir müddət öncə Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko postsovet məkanında Dağlıq Qarabağdan tutmuş Cənubi Osetiyayadək, heç bir münaqişədə Ukraynadakı vəziyyətdə nəzərdə tutulan mexanizmlərin olmadığını bildirib. “Ukraynadan başqa heç kimdə – nə Gürcüstanda, nə Azərbaycanda, nə də Moldovada belə zəmanətlər var idi. Sizə elə gəlmir ki, oyun bir qapıya oynanılır?” – deyə, “narıncı inqilab”ın lideri sual edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org