“Qizil bolgu”nun sirri – Video

22:27 – xeber – Dünyada hər şeyin xüsusi düzülüşü bu qaydanı kəşf edən Fibonaççi adlı riyaziyyatçının adı ilə bağlıdır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, “Fibonaççi ardıcıllığı” əsasən rəssamlıq, heykəltəraşlıq, memarlıq kimi sahələrdə əsas bir ölçü olaraq istifadə edilir. Təbiətdə çox sıx rast gəlinən bu nisbət bitkilərdəki incə hesab və dizaynı başa düşmək üçün əhəmiyyətli bir vasitədir.
 
Hər sayın özündən əvvəl gələn iki ədədin cəmi şəklində yazılıb davam etdiyi saylara Fibonaççi sayı deyilir. Düzülüşün içində bir ədədi özündən əvvəl gələn ədədə bölərək alacağımız nəticə 1,618 rəqəminə davamlı yaxınlaşacaq şəkildə meydana gələcək.
 
Fibonaççi ədədlərini əsrlərdir bu qədər əhəmiyyətli edən səbəblər…
 
Fibonaççi ardıcıllığı təbiətdə tez-tez qarşımıza çıxar. Bu ədədlər istifadə edilərək alınan kəsrlər bizə “Qızıl bölgü” verir. “Qızıl bölgü”nü qədim misirlilər və yunanlılar tapmış və daha çox memarlıqda istifadə etmişdilər. Sadə mənası ilə “Qızıl bölgü” bütünün parçaları arasında olan həndəsi və ədədi bir nisbət əlaqəsidir.
 
İnsan üzü
 
Qulaqlar arasındakı məsafə, gözlə üst dodaq arasında, burnun altı ilə çənə arasındakı məsafə qızıl nisbətdir.
 
İnsanın işarə barmağı
 
Bir insanın işarə barmağı (normal standartlardakı barmaqlar üçün etibarlı) hər bir hissəsi bir əvvəlki hissəyə nisbəti Fibonaççi sayını verir.
 
Qolumuzun üst hissəsinin alt hissəyə nisbəti qızıl nisbətdir.
 
Misir piramidaları
 
Hər bir piramidanın döşəməsinin yüksəkliyinə nisbəti qızıl nisbəti verir.
 
Bitkilər
 
Bitkinin sapındaki yarpaqların, bir ağacın budaqlarının nizamında hər zaman qızıl nisbət qaydası vardır. Yarpaqlardan biri başlanğıc nöqtəsi olaraq alındığında, bundan başlayaraq yuxarıya doğru (aşağıya doğru da ola bilər) sayılarsa, Fibonaççi ədədlərini verər.
 
Bitkilərin müəyyən riyazi düsturlara görə formalaşmış olması onların xüsusi olaraq hazırlanmış olduqlarının ən açıq dəlillərindən biridir. Bitkinin atomlarında, DNT-sində gördüyümüz həssas ölçü və tarazlıq bitkinin xarici görünüşündə də ortaya çıxır. Bitkinin günəşdən maksimum faydalanması kimi həyati məqsədlərlə yanaşı bitkiyə estetik bir gözəllik qazandıran bu düsturlar müəyyən sayda olan molekulların bir yerə gəlməsilə ortaya çıxan rənglərlə birləşdiyində fövqəladə gözəllikdə mənzərələr ortaya çıxır.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org